​QRU zabitini zəhərləyən qazın yaradıcısı türk çıxdı

Baxış sayı:
8722

ABŞ-da yaşayan rusiyalı kimyaçı Vil Mirzəyanov Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsində istifadə edilən “Noviçok” sinifinə aid qazın formulunun Rusiya tərəfindən gizli saxlanıldığını bildirib.
 
Muxalifət.az
xəbər verir ki, Mirzəyanov bu qazdan Moskvadan başqa heç kimin istifadə etmək imkanının olmadığını deyib. O, bu qazdan zəhərlənən Skripal və qızının heç bir zaman əvvəlki hallarına dönə bilməyəcəyini bildirib:
“Bu qazın təsiri digər sinir iflic vasitələrindən 10 dəfə güclüdür. Digər tərəfdən ondan birdəfəlik sağalmaq mümkün deyil. Bu elə bir vasitədir ki, 10 qramı belə ətraf mühit üçün çoxdur. Yay aylarında onun 2 qramı 500 nəfəri öldürməyə kömək edir”.
Qeyd edək ki, Mirzəyanov əslən tatardır. O, “Noviçok" sinifinə aid qazların işlənilməsində yaxından iştirak edib və bu sinfə aid qazların müəlliflərindən hesab olunur. 1992-ci ildə o, Moskvanı bu qazların istehsalına görə kəskin tənqid edib. Bundan sonra Mirzəyanov dövlət sirrini yaymaqda ittiham edilərək həbs edilib. 1996-cı ildə o, ABŞ-a emiqrasiya edib. Tatar milli hərəkatının əsas liderlərindən biri kimi tanınır.(axar.az)