​Qəribə nəticə: rusların yarısı bu müharibədən xəbərsizdir

Baxış sayı:
2500

Ruslar hələ də 2008-ci ildə Rusiya və Gürcüstan arasında baş verən müharibənin əsas günahkarının rəsmi Tiflis, ABŞ və NATO olduğunu düşünürlər.
Muxalifet.az xəbər verir ki, bu nəticə “Levada Çentr” saytının keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğu iştirakçılarının 34%-i Gürcüstan rəhbərliyini 2008-ci il hadisələrində əsas günahkar hesab etdiklərini bildiriblər. ABŞ-ın və NATO-nun bu müharibədə əsas günahkar olduğunu düşünənlərin sayı 24% təşkil edib. Cəmi 5% şəxs müharibədə əsas günahkar kimi Rusiyanı görüb.
Bununla belə, konfliktdən 10 il keçməsinə rəğmən, rusların 56%-i hələ də bu konflikt haqqında heç nə eşitmədiklərini bildiriblər.