Qərbi azərbaycanlılar muxtariyyat tələb etdilər - Bəyanat

Dünya Azərbaycanlıları Konqres "İrəvan Xanlığı torpaqlarına Dönüş” İctimai Birliyinin rəhbəri Səməndər Çaxmaqlı qərbi azərbaycanlıların müxtariyyət tələbi ilə bağlı maraqlı yazı ilə çıxış edib.
 
Müxalifət.az həmin yazını təqdim edir:
Bir müddət  əvvəl  ölkə prezidenti  İlham Əliyev müsahibələrinin birində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi, Ermənistan  qonşularının  Azərbaycan torpaqlarından  qeyri-şərtsiz  çıxması, ölkəmizin ərazi bütövlüyünün  bərpası müqabilində  Dağlıq  Qarabağ vilayətinə hətta  "Muxtar Respublika”  statusu verilə  biləcəyini vurğulamışdı. 
Bu məsələ Ermənistan cəmiyyətində birmənalı qarşılanmadı. Hakim dairələrdə ermənilərin  növbəti qələbəsi kimi qeyd edilsə də, sonralar bu məsələnin  onların arzuladıqları  Dağlıq Qarabağa  nə "müstəqil  dövlət” statusu, nə də "vilayətin Ermənistana birləşdirilməsi” məsələsinin  həll  olunmadığını görüb daha aqressiv mövqedə dayanmağı üstün tutdular. 
Bəzi dairələrdə isə Dağlıq Qarabağ  ermənilərini  tam təmin edəcək ən yüksək status  müqabilində 1988-1989-cu illərdə Qərbi Azərbaycandan, İrəvan xanlığı  torpaqlarından  vəhşicəsinə qovulmuş, var yoxları talan edilmiş 250.000  Azərbaycan  türklərinin  geri qayıtmasına  şərait yaradılmasının mümkünlüyü vurğulanmış, onları himayə etməyə  hazır olduqlarını bildirmişlər. Qeyd edək ki, ermənilər  təxminən bu 30 il  ərzində  həmişə  qovulub çıxdıqları  bu  aborigen  əhalinin  heç bir  təzyiqə  məruz qalmadıqlarını, könüllü çıxıb  getdiklərini  bildirmiş, istədikləri vaxt geri qayıda biləcəklərini qeyd etmişlər. 
Ermənilərin  türklər  adlandırdıqları bu 250.000 azərbaycanlı türklərin (adrbecansi turker) Dağlıq  Qarabağa veriləcək hər hansı bir yüksək statusu müqabilində  Ermənistan  torpaqlarında kompakt şəkildə yerləşdirilməsi, torpaq dəyişdirilməsi məsələsi 1990-cı illərin əvvələrindən, xüsusən erməni  prezidenti  L.T. Petrosyanın  hakimiyyəti dövründə  müzakirə  mövzusu idi. Lakin  nədənsə  kimlərin ambisiyası xatirinə  bu məsələ birdən-birə aradan götürüldü. 
Əslində o zaman da, bu gündə Ermənistan  hakimiyyəti başa düşür ki, Qərbi Azərbaycan torpaqlarının sahibləri Azərbaycan türkləridir və o zaman onlar bütün Ermənistanı kənd  təsərrüfatı məhsulları ilə təmin  edirdilər. İndi  bu torpaqlar sahibsiz-yiyəsiz qaldığından, yararsız hala düşdüyündən  heç nəyə yaramır.  Həmişə zəhmətsiz, əziyyətsiz həyat  tərzinə  alışmış erməni quldurları xarabalıqlara çevirdikləri  həmin torpaqları tərk edir,  xarici ölkələrə üz tuturlar.  Elə buna görə də son zamanlar erməni saytlarında, sosial şəbəkələrdə, orada  çəkiliş edilmiş  video görüntülərdə  türkləri  öz torpaqlarına, öz evlərinə qayıtmağa çağırış edir, bir yerdə yaşamağı arzulayırlar. İndi soxulub yaşadıqları türk evlərini  türklər üçün qoruyub saxladıqlarını bildirirlər. Qeyd edək ki,  bu gün Ermənistanda  minlərlə  türk kəndləri  tamamilə boşdur və əksəriyyəti   yer üzündən silinmək üzrədir.
Bu gün  belə  bir məqamdan hökmən istifadə etmək lazımdır. Bu məsələ dövlət səviyyəsində  həll edilməlidir. Dağlıq Qarabağ münaqişəsinin  danışıqları  zamanı, vilayətə yüksək səlahiyyətli imtiyazlar verilərsə, İrəvan  xanlığı torpaqlarında da (indiki Ermənistan) 1988-1989-cu illərdə həmin torpaqlardan qovulmuş 250.000 mülki  əhaliyə kompakt  yaşamaq üçün Ermənistan dövlətindən ən azı Dağlıq Qarabağın 4,4000 kvadrat kilometr  ərazisi qədər torpaq sahəsi ayrılması və münasib ərazilər sayılan Göyçə və Zəngəzur Muxtar vilayəti yaradılması və əhalinin  həmin əraziyə köçürülməsi tələb olunmalıdır. 
1988-ci ildən bəri, 30 ilə yaxın bir dövrdə  erməni quldurları tərəfindən İrəvan  xanlığı torpaqlarında  aparılmış son vandalizm siyasəti nəticəsində türk əhalisinin yaşadığını sübut  və təsdiq  edəcək heç nə qalmamışdır. Bütün türk müsəlman abidələri dağıdılmış, yaşayış kənd və qəsəbələrin, bütün toponimlərin  adları erməniləşdirilmiş, türk-müsəlman  əhaliyə  məxsus arxiv sənədləri  yandırılmışdır. Çox təəssüf ki, 1988-1989-cu illərdə Azərbaycanda məskunlaşmış əhaliyə tələm-tələsik  Azərbaycan vətəndaşlığı statusu verilmiş Ermənistan vətəndaşı olmasını sübut edən sonuncu sənəd-sovet pasportu ləğv edilmişdir. Həmin pasportda vətəndaşın kimliyi  erməni və rus dillərində göstərilir, yaşadığı şəhər, rayon, kənd qeyd olunurdu. Kaş indi həmin pasportlar məhv  edilməyəydi... 
 
Bu gün 1920-ci ildə Ermənistandan Azərbaycana qovulmuş Azərbaycan türkü ilə 1988-ci ildə qovulmuşlar arasında tarixi müddət baxımından heç bir fərqləri yoxdur. Bu məsələ  barədə ciddi tədbirlər görülməlidir. 
Bizdən fərqli olaraq  Azərbaycan vətəndaşı olan bütün ermənilərin  həmin  pasportları  ciblərindədir. Xarici  ölkələrdə  yaşayan  ermənilər  Azərbaycan vətəndaşılığı  pasportlarını   fəxrlə təqdim edərək, yaxın vaxtlarda "doğma  Bakıya” qayıdacaqlarını bildirirdilər. Çünki  onların da sənəd-sübutu var və heç bir başqa öklənin  vətəndaşı deyillər. 
Hazırda Dağlıq Qarabağ və işğal edilmiş ətraf rayonların yalnız müharibə yolu ilə azad edilməsi üçün ən münasib  məqam yetişmişdir. Yalnız bir məsələni həll etmək lazımdır.  Hansı yolla, hansı vasitələrlə olursa olsun , bütün məsələlərin səbəbkarı  Rusiyanın  neytral mövqedə qalmasına  nail olmaq lazımdır. Bu kifayətdir ki, onun-bunun himayəsində  azğınlaşmış bu quldurlar yerlərin  bilsinlər. 
Artıq dünyanın  bütün ölkələri, nüfuzlu ictimai siyasi təşkiltalar, "Ermənistan” adlanan qondarma bir dövlətin və bunu həyata keçirən  Qərbi Azərbaycanda, Qarabağ torpaqlarında  törətdikləri  antibəşəri əməllərini bizdən yaxşı bilirlər. Xocalı faciəsi azğın düşmənə vurulmuş faşizim damğasıdır. Deməli bu 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının  tarix düşmənə qarşı apardığı səmərəli mübarizə öz bəhrəsini vermişdir. Düşmənin kimliyi göz qabağındadır. 
Müasir mərhələdə işğal edilmiş  torpaqların düşməndən azad edilməsi  üçün mübarizə  metodlarına  yenidən baxmaq və daha kəskin mövqe tutmaq lazımdır. 
 
            - ATƏT-in Minsk qrupunun  fəaliyyətinə son qoymaq və ehtiyatda olan  dövlətlərin tərkibində yeni Minsk qrupu təşkil etmək!  (Amerika Prezidenti  Tramp hətta BMT-ni  insanların bir araya gəlib xoş vaxt  keçirdiyi "bir klub” adlandırır) 
            - Azərbaycanın  tarixi  düşmənləri  olan Ermənistan, Rusiya, Fransa və İrana qarşı bütün münasibətlərdə kəskin mövqe tutmalı və bu dövlətlərdə həmfikir  olan Azərbaycanla ikibaşlı oyun oynayan ölkələrlə əməkdaşlığa son qoymaq. (Mozambik kimi dövlətlərin Azərbaycanın ərazisi  bütövlüyünü tanımasına  ehtiyac yoxdur)
           -  Kütləvi informasiya  vasitələrində , sosial şəbəkələrdə  və s. "erməni xofu” yaradan bütün verilişlər qadağan edilməlidir. Xocalı faciəsinin görüntüləri, Azərbaycan əsgərininin  erməni əsgərinin  yaxasındakı  tüpürcəyi yalaması  və s. Hərbi vətənpərvərlik  mövzularına  geniş yer verilməlidir. 
          - Televiziya kanallarında toy-büsat, çal-çağır, şənlik şoularına,  müxtəlif  mahnı, musiqi yarışmalarına ciddi məhdudiyyət qoymalıdır. Ölkədə müharibə gedir. Hər ay şəhidlər veririk. Heç olmasa onların ruhuna hörmət etmək lazımdır. Bu bədbəxtlər nə üçün, niyə çalıb oxuduqlarını  özləri də bilmirlər. Bu günlərdə Dünya Azərbaycanlıları  Konqresinin (həmsədrlər  S.  Rüstəmxanlı və F. Pərvizniya) tərkibində fəaliyyət  göstərən "İrəvan  xanlığı torpaqlarına dönüş” ictimai  birliyinin  yığıncağı  keçirildi. Yığıncaqda yuxarıda  qeyd olunan müxtəlif məzmunlu  məsələlər  müzakirə olundu.  Sonda bəyanat qəbul edildi.  Bəyanatda  tarixi  Azərbaycan torpaqları olan İrəvan xanlığı torpaqları (29.000 kvadrat kilometr) oradan bir əsr ərzində  qovulmuş  3,5 milyon  Azərbaycan türkü  və müsəlmanların  acı taleyi diqqətə çatdırıldı. Bəyanatda 1988-1989-cu illərdə  İrəvan  xanlığı  torpaqlarından (indiki Ermənistan)  qovulmuş 250.000 Azərbaycan türkünün öz  dədə-baba yurduna qayıtması və Ermənistan  adlanan  dövlətin  ərazisində kompakt  yaşaması  üçün  muxtar vilayətin  yaradılması tələb olundu. Bəyanat rus, erməni, ingilis dillərinə tərcümə edilərək  Ermənistan dövlətinə və dünyanın  nüfuzlu ictimai-siyasi təşkilatlarına ünvanlandı.