Qərbi Azərbaycanda ƏMƏLİYYAT: Terrorçu dəstə ələ keçirildi

Baxış sayı:
4978

İran Kəşfiyyat Nazirliyi ölkədə iğtişaşlar yaratmaq istəyən terror hücrəsini zərərsizləşdirib, onun üzvləri həbs edilib. 
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı İRNA agentliyi yayıb. Agentlik bu terror hücrəsinin İranda etiraz aksiyalarının davam etdirilməsi üçün partlayışlar törətməyi planlaşdırdığını bildirib. Terror hücrəsi Qərbi Azərbaycan vilayətinin Piranşəhr şəhərində ələ keçirilib. Tərəflər arasında toqquşma nəticəsində 1 terrorçu və 3 hüquq mühafizə orqanı əməkdaşı həlak olub.