​Qərb silahları Rusiyanı QICIQLANDIRDI

Baxış sayı:
4177

Qərb koalisiyasının əsas silahı “Stels” texnologiyası əsasında çalışan F-22 və F-35 qırıcıları Rusiyanı yaman qıcıqlandırıb.
Muxalifet.az “The National İnterest” nəşrinə istinadən xəbər verir ki, Rusiya bu növ qırıcıların fəaliyyəti əleyhinə hesablanmış S-300 sistemlərini Suriyada yerləşdirməsinə rəğmən bu texnologiyanı “kağız qurğusu” adlandırıb.
Rus ekspertlər bu texnologiya ilə çalışan qırıcıları yararsız adlandıraraq onların S-300-lərə tay ola biləcəyinə şübhə etdiklərini ifadə ediblər.
Rus ekspertlər bu texnologiyanı oyun adlandırdığı bır zamanda Rusiya hökuməti “PAK DA” və “PAK FA” layihələrinə milyardlarla dollar xərcləməyi qərara alır.
Bu layihələr də “Stels” texnologiyası kimi radarlardan qorunmağa hesablanıb. Radarlar tərəfindən aşkarlanmasına demək olar ki, eyni üsullarla manelər törətməyə əsaslanır.
Radarlar üçün daha az görünmə tam gizliliyə çox uzaq olması aydındır. Lakin bu texnologiyanı dəyərsiz hesab etmək də bir tərəfdən strateji addım hesab edilə bilməz.
Rusiyanın bu texnologiyaya qarşı silahı olduğunu nəzərə alsaq belə bunu belə açıq şəkildə düşmənə bildirmək heç də uzaqgörən addım deyil.