​Qərb mətbuatı: İran Dəməşq yaxınlığında RAKET BAZASI TİKİR

Baxış sayı:
5293

Qərb mətbuatının yaydığı məlumata görə, İran Suriya paytaxtı Dəməşq yaxınlığında raket meydançası inşa edir.
Avropa.info xəbər verir ki, peyk çəkilişinə istinad olunan xəbərlərdə raket meydançasını İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı birləşməsi “Qüds gücü” inşa edir. “Fox News” hərbi bazanın Dəməşqin 8 km cənubunda olduğunu bildirib.
Peykdən çəkilən fotolarda hər biri 30×20 metr ölçüdə iki ağ anqar göründüyü iddia edilir. Bu obyektlər qısa və orta məsafəli raketlərə sığınacaq ola biləcək ölçüdədir.
İsrail isə təhdidlərə qarşı özünü qoruyacağı ilə bağlı İrana xəbərdarlıq edib. İsrailin 200-ə yaxın nüvə başlığının olduğu və bu başlıqları sualtı qayıqlardan atmağa qadir olduğu bildirilir.