Qərb heyəti gəlmədən təxribata başladılar

Baxış sayı:
2005

Yerli seçkilərə sayılı günlər qalnış Türk Silahlı Qüvvələrinin (TSQ) Münbiç və Fəratın şərqindəki terrorçuları təmizləmək üçün keçirəcəyi hərəkat ərəfəsində akademik və aktivist etiketii ilə ortalığa çıxan ABŞ, İngiltərə, Argentina və İslandiyalı təhrikçilər daha Türkiyəyə gəlmədən terror təşkilatı PKK və terrorçubaşı, uşaq qatili Abdulla Öcalanın təbliğatını apararaq fotoşəkilləri ilə poza veriblər.
 
 13 nəfərlik casus təhrikçilərin arasından sözdə İslandiyanın keçmiş ədliyyə naziri və tarixçi Ögmundur Jonasson, ABŞ-lı fəlsəfə tələbəsi Connor Yad, İngilis aktivist Diyar Kərim ilə körpə qatili “Öcalana azadlıq təşəbbüsü”nün üzvü Havin Güneşer Türkiyəyə gəlmədən Fransanın Strasburq şəhərindəki terror yuvasına gedərək körpə qatilinin plakatları ilə şəkil çəkdirməklə terror təşkilatını tərifləyən açıqlamalar veriblər. Terror təşkilatı və terrorçubaşının hər zaman yanında olduğunu qeyd edən qrupun sözçüsü, sözdə tarixçi Jonasson, kürd xalq liderinin təcridinə qarşı keçirilən aclıq aksiyasını dəstəklədiklərini açıqlayıb. Terrorçuların yanında olduqlarını bildirən Jonasson, "Kürd problemi və Öcalana qarşı təcridi bir çox dəfə İslandiyada da gündəmə gətirdim. Təcrid qəbul edilə bilməz. Buna qarşı keçirilən aclıq aksiyaları olduqca qətiyyətli və cəsur bir addımdır. Türkiyəyə gedərək problemi yerində görəcəyəm. Ədliyyə Nazirliyi başda olmaqla, bir çox rəsmilər ilə görüşmək istəyirik. Məqsədimiz Öcalanı da ziyarət etməkdir" deyib.
Müxalifət.az