Qərb diplomatından Paşinyana: "İrana səfər yaxşı əlamət deyil"

Baxış sayı:
11452

Ermənistanın Baş naziri Nikol Paşinyanın qarşıdan gözlənilən İran səfəri yumşaq dillə desək, Qərb hakimiyyət dairələrinə bir o qədər də xoş gəlmir.
 
Erməni KİV-ləri xəbər verir ki, buna görə də onlar Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Pyotr Svitalskinin vasitəsilə öz narazılıqlarını bildirməyə qərar veriblər.
Məlumatlara görə, əslən polşalı diplomat öz görüşlərindən birində Ermənistan rəhbərliyini başa salıb ki, bu səfər yaxşı əlamət deyil.
Səfərin xarakteri Ermənistan hakimiyyətindəki Qərb dəyərlərinə üstünlük verən sektorun nümayəndələri tərəfindən də bir o qədər yaxşı qarşılanmır.