Qorxulu iddia: İŞİD İraqda yenidən toparlanır

Baxış sayı:
6178

Terror təşkilatı İŞİD-ın İraqın şimalında ucqar və dağlıq tampon bölgədə yenidən toparlandığı bildirilib.
 
“Wall Street Journal”-da dərc olunan xəbərdə, İŞİD-ın Şimali İraqda yaşayış şəraitinin ağır olduğu dağlıq Gara bölgəsində yenidən toparlandığı, Suriyada bənzər formada gedilməsi çətin olan yerlərdə yenidən qruplaşması və terror təşkilatının sonunun gətirilmədiyi qeyd olunub.
İraq Kürd Regional Rəhbərliyinə (IKBY) bağlı Peşmergə qüvvələrinin rəsmisi Surud Bərzənci, İŞİD üzvlərinin Əfqanıstanın Kandahar vilayətinə bənzədilən və Dəclə çayının qərb tərəfində yer alan bölgədəki mağaralarda yaşadığını söyləyib.
Bərzənci, İŞİD üzvlərinin mağaralara getmək üçün piyada və ya motosikletlə keçdikləri yolda bəzi kəndlərdə dəstək gördüklərini ifadə edib.
Bu arada Müharibə Tədqiqatları İnstitutunun qısa müddət əvvəl dərc olunan hesabatında, İŞİD-ın Diyalada Hemrin dağlarında, Hawija və Səlahəddin bölgələrində, Dakuk və Mosulun cənubunda əlaqələrini və faktiki olaraq nəzarətini davam etdirdiyi qeyd olunub.
Hesabatda, İraq və Suriyada İŞİD üzvlərinin sayının 30 min olduğu, İraqdan 400 milyon dollar apardığı, hər iki ölkədə adam qaçırma, narkotik qaçaqmalçılığı və qəsb kimi terror təşkilatlarının ənənəvi gəlir təmin etmək üsullarını davam etdirdiyi qeyd edilib.
Müxalifət.az