Qonşuda siqaretlərin nişanlanmasına başlanıldı

Baxış sayı:
8860

Rusiyada siqaret və papirosların rəqəmlər vasitəsilə nişanlanmasına başlanılıb.
Muxalifet.az xəbər verir ki, rəqəmli kodlarla işarələnmiş məhsullar mağazalarda dərhal kütləvi şəkildə müşahidə edilməyəcək. Məcburi işarələnmənin tətbiqindən əvvəl istehsal edilmiş siqaretlərin bazarda 2020-ci ilin iyul ayına qədər sərbəst dövr etmək müddəti var.
Həmçinin Rusiyada ətirlərin, fotokameraların, avtomobil təkərlərinin, eləcə də bəzi geyim əşyalarının işarələnməsi ilə bağlı pilot layihələrin həyata keçirilməsinə başlanacaq. Bu malların nişanlanması üzrə eksperimentlər noyabr ayının sonuna qədər davam edəcək. Əgər sınaq uğurla başa çatarsa, qeyd edilən malların nişanlanması 2019-cu il dekabr ayının 1-dən məcburi olacaq.
Hökumətin planlarına əsasən, 2024-cü ilədək Rusiyada bütün istehlak mallarının nişanlanmasına keçiləcək. Hökumət bununla vergi qaçaqmalçılığının qarşısının əhəmiyyətli şəkildə alınacağına ümid edir.