Qobustan həbsxanasının QAPILARI AÇILDI - Əfv olunanlar azadlıqda!

Baxış sayı:
2029

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Qobustan qapalı tipli həbsxanasında da icra olunub.
 
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində 2 nəfər azadlığa buraxılıb və onlara buraxılış arayışları təqdim olunub.
 
Bundan əlavə, 2 məhbusun cəzası 20 ilə, 1məhkumun cəzası isə 25 ilə endirilib. Ümumilikdə, sərəncam Qobustan qapalı tipli həbsxanasında cəza çəkən 5 nəfərə şamil olunub.
 
Xatırladaq ki, Prezident İlham Əliyevin martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı, ümumilikdə, 431 nəfərə şamil olunub.