Qəndilin Afrinə göndərdiyi terrorçubaşı AĞIR YARALANIB

Baxış sayı:
4078

Qəndilin itkiləri azaltmaq üçün xüsusi tapşırıqla Afrinə göndərdiyi Hüseyn Gabar ilə "Şahin" kod adlı müavini ağır yaralanıb. Türkiyədən gedən "Şahin" kod adlı terrorçunun Hələbdə Əsəd rejiminə məxsus xəstəxanada müalicə olunduğu bildirilir.
 
“Zeytun Budağı” Hərəkatında Raco qələbəsi dönüş nöqtəsi oldu. Terror təşkilatının 3 gün ərzində 344 itki verdiyi Raco cəbhəsində vurulan zərbədən sonra azad edilən Şeyx Hədid qəsəbəsi strateji əhəmiyyətə malikdir. Şeyx Hədid, Raco və Cinderesi, PKK-nın ən sıx silah və döyüşçü ilə təhciz etdiyi, ən çox tunel qazıb, terrorçu aldığı bölgələr olma xüsusiyyəti daşıyır.
 
 ƏSƏD SAHİB ÇIXDI
 
 Racoda baş verən döyüşlərdə Qəndil heyətindən yüzlərlə PKK-lı məhv edilib. O cümlədən bölgəyə göndərilən səhra komandirlərindən olan Hüseyn Gabar və Türkiyədən gələn müavini “Şahin” kod adlı terrorçu da ağır yaralanıb. Türkiyə vətəndaşı “Şahin” kod adlı terrorçu, Hələbdə Əsədə aid xəstəxanada əməliyyata alınıb.
Müxalifət.az