Qəndildən gələn 9 terrorçu yaxalandı

Baxış sayı:
4951

 İstanbulda separatçı terror təşkilatı PKK/KCK-ya qarşı keçirilən əməliyyatlarda, Qəndil dağ heyətindən gizli olaraq şəhərə sızan 11 PKK-lıdan 9-u yaxalanıb.
 
Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları separatçı terror təşkilatı PKK-nın Qəndil dağ heyətinə qatılan 11 şübhəlinin bir müddət sonra İstanbula gələrək təşkilatın gənclər qanadı ilə toplantılar keçirdiyi haqda kəşfiyyat məlumatı alıb.
11 PKK-lı terrorçunun yaxalanması üçün 9 mart günü çoxsaylı ünvana eyni zamanlı basqın edən polis, 9 şübhəlini yaxalayıb. Şübhəlilərin yaşadıqları ünvanlarda aparılan axtarışlarda, 2 tapança, bu silahlara aid güllələr və çox sayda təşkilati proqram, qadağan olunmuş nəşrlər ilə bəzi sənədlər ələ keçirilib.
Müxalifət.az