Qəndildə sapıq intim münasibətlər qalmaqalı:QADIN TERRORÇU ÜZÜNDƏN BİR-BİRİNƏ GİRDİLƏR

Baxış sayı:
4618

Türkiyənin təhlükəsizlik qüvvələrinə 12 sentyabrda təslim olan T.G. adlı terrorçu, ifadəsində, terrorçubaşı Murad Qarayılanın saöıq intim münasibətlər içində olduğu Ç.E. adlı bir qadın terrorçu üzündən öz qoruması ilə dava etdiyini deyib.
 
Etirafçı terrorçu T.G. İfadəsində, terrorçubaşı Qarayılanın qorumasının bu dava nəticəsində Ç. E adlı qadın terrorçuyla Avropaya qaçdığını, qaçmalarının səbəbi isə təşkilat daxilində getdikcə genişlənən edamlardan çəkinmələri ola biləcəyini söyləyib. Onun etirafına görə, ən son Munzur bölgəsində S.G. adlı bir kişi terrorçu bənzər səbəblərlə edam edilib" deyib.
 
POZĞUN ƏLAQƏLƏR YUVASI QƏNDİL
 
Z.S. adlı digər bir qadın terrorçunun isə özündən aşağı mövqedə olan bir kişi terrorçuyla cinsi əlaqəsi üzündən daha aşağı bir vəzifəyə gətirildiyini ifadə edən T.G. adlı terrorçu, üst səviyyələrdə terrorçubaşları eyş-işrətdə ikən, digər terrorçuların mağaralarda qul kimi işlədildiyini və ya döyüşlərdə ölümə göndərildiyini bildirib.
Müxalifət.az