Qlobal səviyyədə vicdanının səsini eşidəcək ölkə qaldımı?

Baxış sayı:
9145

Serdar Turgut - Habertürk
 
Suriya, qlobal səviyyədə bir əxlaqı test meyarı yaratdı.
 
Ölkənin mərkəzi hakimiyyətini, Rusiyanı, ABŞ-ı, İranı, İsraili, Səudiyyə Ərəbistanını, hansı ölkəni ələ alsanız alın, hamısının vicdani səslərini çoxdan itirmiş olduqlarını görərsiniz.
Dünyada vicdanı səsini itirməyən, hətta ən çətin şərtlər altında belə bunu gücləndirən bir tək Türkiyə qaldı.
Yaxşı bilirəm, illərdir milli təhlükəsizlik məsələlərində xarici siyasətdə yazılar yazıram bu səbəbdən, "Beynəlxalq münasibətlərdə əxlaqın üstünlüyü yoxdur, milli maraqlar vardır" deyən məktəbin varlığından da təbii ki, xəbərdaram.
Milli maraqların zədələnməsi qayğısı ilə bəzi əxlaqi qayğılardan güzəşt verilməsi təbii ki ,ola bilər, amma açıq deyim ki, Türkiyə xarici siyasətində xüsusilə regionumuza qarşı münasibətlərində milli təhlükəsizliyini, əxlaqi dəyərlərindən heç bir güzəşt etmədən qorumağı bacardı.
Bunu ən dəqiq Suriyada görürük.
 
VİCDANLARA İNVESTİSİYA
 
Suriyaya hərbi hücumlarımızda belə, müharibənin ən qaynar anlarında belə, Türkiyə prinsipial, əxlaqi duruşu ilə gözə dəydi. Günahsız insanlara ən az zərər verərək döyüşməyi bacaran ölkə Türkiyə oldu. Müharibə məqsədinə çatanda isə yenə Türkiyə bölgəyə investisiyalar, yardımlar edən yeganə ölkə oldu. Əslində bölgə insanının vicdanlarına qoyulub o investisiyalar.
Bu gün Vaşinqtonun Türkiyəyə qarşı olan insanlarının çoxluq təşkil etdiyi strukturlarında belə Türkiyənin Suriyadakı “yumşaq gücü” qarşısında təslim olurlar.
Həqiqətən də bölgədə, terrordan xilas edilən bütün bölgələrdə, Türkiyə həm humanitar, həm də iqtisadi investisiyalarını heç dayandırmadı. İnfrastruktur sərmayələri sürətlə aparılıb, məktəblər yenidən açılıb, müəllimlər göndərilib, xəstəxanalar tikilib, universitetlər dövrəyə soxulub.
Müharibənin ən qaynar anlarında belə əxlaqi davranışını və vicdani səsini itirməmiş bir ölkə kimi, Türkiyə regionun gələcəyinin özündən keçəcəyini yalnız silah gücünə güvənərək var olmağa çalışan ölkələr başda olmaqla, bütün dünyaya göstərdi.
 
SONDA BİZ QAZANACAĞIQ
 
Yaxın perspektivdə bunun bizə bir xeyri yoxdur - deyə düşünənlər olacaq, amma inanın, bu proseslərdən Türkiyə uzun perspektivdə lider və qalib kimi çıxacaq.
Bölgəyə yeni “nizam” verməyə çalışan İsrail-Səudiyyə Ərəbistanı-Amerika əməkdaşlığı öz legitimliyi və nüfuzunu son Qaşıqçı hadisəsi ilə birlikdə dünya ictimaiyyətinin və bölgə xalqının gözündə tamamilə itirdi.
 

Sol əxlaqa sahib çıxdığını deyən YPG tərəfdarlarının Amerikanın Qaşıqçı məsələsində vicdani səsini tamamilə bir kənara qoymuş olmasından sonra nə edəcəyi maraqla gözlənilir Vaşinqtonda.
Yəni YPG-nin təmsil etdiyini iddia etdiyi insanların da Türkiyənin siyasətinə isti baxmağa başladığı prosesə sürətlə gedilsə, heç təəccüblənməməliyik.
Bu gün regionda YPG-yə yaxın duran ailələrin uşaqları Türklərin təşkil etdiyi məktəblərdə oxuyur, xəstəxanalarında müalicə olunur. Əxlaqi duruşunu itirmədən gerçək bir gələcək vəd edən bir tək Türkiyə qaldı regionda. Rakkada göründüyü kimi, ABŞ yalnız dağıdıb, gedir, o qədər. Bunu Vaşinqtonda da bilirlər, amma səhvləri üzündən özlərini YPG dalanına sıxışdırılmış olduqlarına görə, təkcə Türkiyə ilə yürünə biləcəyini görsələr belə, lazım olan addımları atmırlar.
 
YAXINDA WASHINGTONDA
 
Yaxında Konqresin Nümayəndələr Palatasında aparılacaq istintaqlar ilə Türkiyə ilə münasibətlər daha fərqli müzakirə olunmağa başlanacaq.
2019-ci ildə çox böyük ictimai-siyasi zəlzələlər olmasa, Vaşinqtondakı Türkiyə hissinin radikal şəkildə yaxşılaşdığı bir il olması ehtimalı çox görünür bu anda.
Prezident Ərdoğan rəhbərliyində nazirləri, müşavirləri son zamanlar müdhiş bir fəaliyyət proqramı sərgiləyərək tamamilə koordinasiyalı və möhkəm siyasətlər tətbiq etdilər.
Yeni ildə ümidim bunun davam etməsi və yeni ilin bölgəmizdə bir Türkiyə zamanı halına gəlməsidir.
Hazırladı: Müxalifət.az