​Qısa müddətdə bu şəhər də azad ediləcək – BOZDAĞ

Baxış sayı:
4645

Afrin YPG/PYD terror təşkilatlarından necə təmizlənibsə, Tel-Rıfat da elə təmizlənəcək.
Muxalifət.az xəbər verir ki, bu barədə Türkiyənin hökumət sözçüsü Bəkir Bozdağ danışıb.
“Artıq orada əməliyyat başa çatmaq üzrədir, şəhər tezliklə azad ediləcək. Biz istəyirik ki, Sincar və başqa bölgələr də terrorçulardan təmizlənsin. Əgər bunu özləri etməsə, Türkiyə edəcək”, - Bozdağ bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Tel-Rıfatın terrorçulardan təmizlənməsi haqda xəbərlər yayılsa da, Türkiyə lideri Ərdoğan şəhərin hələ azad edilmədiyini demişdi.