“Qırmızı siyahı”dakı PKK-lını PUA tapdı: 10 terrorçu məhv edildi

Baxış sayı:
4189

F-16 qırıcı təyyarəsi tərəfindən Türkiyədə qırmızı siyahıda axtarılan “Çətin Komat” ləqəbli PKK-lı Musa Çətinərin tabeliyində olan 9 terrorçu ilə birgə vurulmasının detalları bəlli olub.
Tunceli bölgəsi üzrə cavabdeh olan Musa Çətinər və qrupu Pilotsuz Uçuş Aparatlarına yaxalanmamaq üçün çadır brenzetin altında gizlənib.
Məlum olub ki, Musa Çətinərin iyulun 30-da səhər saat 9:45 radələrində “Baver Dersim” kod adlı Süleyman Şahinlə 11 dəqiqə 25 saniyəlik şifrəli telefon danışığı olub.
Bu danışıqdan sonra terrorçuların yeri rəqəmsal xəritə vasitəsilə aşkarlanıb.
İstilik və hərəkətə həssas olan PUA terrorçuların dəqiq yerini təyin edib. Nəticədə Malatyada Ərhac hava bazasından qalxan iki F-16 hərbi təyyarəsi terrorçuları bombalayıb.
10 terrorçunun zərərsizləşdirilməsi prosesi 218 dəqiqəyə başa çatıb.