​“Qırıcı təyyarələr almaq istəyi lüzumsuz pul xərcidir” - Ekspert Ermənistanı biabır etdi

Baxış sayı:
16282

“Ermənistanın Rusiyadan 12 ədəd Su-30SM tipli qırıcı təyyarə almaq istəyi lüzumsuz pul xərcidir”.
Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Van Ambartsumyan açıqlama verib.
Onun sözlərinə görə, həmin təyyarələrə veriləcək yüz milyonlarla dolları daha məntiqli xərcləmək olardı:
“Azərbaycanın Hava Hücmundan Müdafiə Sistemi o qədər güclüdür ki, Su-30SM təyyarələrinin alınmasını lüzumsuz pul xərci sayıram. Bundan başqa, həmin təyyarələr Yerevana çatana qədər, artıq köhnəlmiş modifikasiyada olacaqlar”.
Ovanisyan deyib ki, Malaziya və Hindistanın Rusiyadan satın aldığı Su-30MK və Su-30MKM təyyarələri Su-30SM-dan daha müasirdir.