​Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının tərkibi təsdiqləndi – SİYAHI

Baxış sayı:
6388

Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
 
Muxalifet.az bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 11 nəfərdən ibarət aşağıdakı tərkibi təsdiq edilib:
 
Kollegiyanın sədri
 
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri
 
Kollegiyanın üzvləri
 
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavinləri
 
Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının rəhbəri
 
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının rəhbəri
 
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı şəhəri üzrə 1 saylı Regional Bölməsinin rəisi
 
“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri
 
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının Qida təhlükəsizliyi şöbəsinin müdiri
 
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri
 
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının İdxal və ixraca nəzarət şöbəsinin müdiri.