​Qeyri-sabit hava kənd təsərrüfatına ziyan vurub — Sahələrdə lil qatı qalıb

Baxış sayı:
9331

Son günlər ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti kənd təsərrüfatına da ziyan vurub.
Muxalifet.az xəbər verir ki, Zaqatala Rayon İcra Hakimiyyətinin Kənd təsərrüfatı və bitkiçilik şöbəsinin müdiri Vaqif Şabanovun Trend-ə verdiyi məlumata görə, rayon ərazisinə yağan leysan yağışlar nəticəsində əkin sahələrinə xeyli ziyan dəyib.
V.Şabanov bildirib ki, yağış suları əsasən fındıq, yonca, qarğıdalı və soya sahələrinə zərər vurub:
"Həmin ərazilərdən su çəkilsə də, lil qatı qalmaqdadır. Əkin sahələrində 30-40 santimetr lil var. Lil olduğundan texnika tarlalara girə bilmir”.
İcra Hakimiyyətinin rəsmisi qeyd edib ki, rayon Fövqəladə Hallar Komissiyası hazırda dəymiş ziyanın hesablanması ilə məşğuldur, yekun rəqəmlər yaxın günlərdə açıqlanacaq.