Qəddafi demokratiyanın açıqlamasını belə vermişdi

Baxış sayı:
3376

Şekspir əslində ərəbdir.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri əslən türkman olan türkiyəli yazar Hüsnü Mahallinin “Dimu-Karasi – Yaxın Şərq diktatorları” kitabının Liviyanın mərhum lideri Müəmmər Qəddafiyə aid olan hissəsində yer alıb. Qəddafi ilə görüşdüyü anlardan birinə yer verən yazar onun əslində Şekspiri suriyalı hesab etdiyini bildirib:
“1986-cı ilin aprelində, bir sıra jurnalistlərin də olduğu toplantıda Qəddafi ilə söhbət edirdik. Söhbətimizin mövzusu demokratiya və azadlıqlar üzərinə gəldi. Qəddafi də bundan inciməyərək, məsələni Qərb ölkələri üzərinə gətirdi:
“Baxın, Qərbdə hər zaman pulu olan partiyalar və şəxslər qalib gəlirlər. Yəni kapitalist partiyalar. Eynilə bizim krallıqlara bənzəyirlər. Demokratiya belə Qərbin ixtira etdiyi anlayış deyil. Bu kəlmənin orijinalı ərəbcə ola bilər. Hətta latın və yunanca da deyil. Demokratiya “dimu-karasi” sözündən götürülüb. Mənası “daima taxtda oturmaq” deməkdir. Taxtı ələ keçirən siyasətçi nəyin hesabına olur-olsun, taxtı, yəni iqtidarı heç kimə vermir”.
Hamımız bir yerdə güldük.
Bir dəfə Şekspir üçün ərəb olduğunu demişdi. Onun fikrincə, Şekspirin adının orijinalı “Şeyx Zübeyr” idi. Həm də Şekspir suriyalı idi. Cəsarətimi toplayıb araya girdim və ona digər ərəb liderlər kimi 17 ildir taxtda oturduğunu söylədim. Gülməyə başladı və “Doğrudur, amma mən taxtda oturmuram. Mən 1 sentyabr inqilabının lideriyəm. Ölkəni mən yox, xalq komitələri idarə edir. Bunu ən yaxşı da sən bilməlisən! “Yaşıl kitab”ı ərəbcədən türkcəyə sən çevirmisən”, dedi”.