Qəbul imtahanlarının yeni modelində səhvlər… - İDDIA

Dövlət İmtahan Mərkəzi 2019-cu ilin qəbul imtahanları üçün elan edilmiş ixtisas fənləri ilə bağlı müəyyən uyğunsuzluqlar var.
 
Bunu Teleqraf.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, dəyişikliklər labüd idi: “2008-ci ildən başlayaraq respublikanın bütün ümumi təhsil müəssisələrinin I siniflərində yeni təhsil proqramları (kurikulumlar) tətbiq edilməyə başlandı. Yeni sistemdə təhsil alan ilk şagirdlər bu il respublikada icbari təhsil səviyyəsini (IX sinfi) başa vurdular.
Bu imtahanlarda respublika şagirdlərinin dil bacarıqları və riyazi bacarıqlar üzrə səviyyələrini öyrənmək, həmin bacarıqları daha dəqiq və etibarlı ölçə biləcək qiymətləndirmə mexanizmini işləyib hazırlamaq məqsədilə onlara yazı işi (eləcə də esse) tapşırıqları təqdim edildi. Yeni imtahan modelinin hazırlanmasında məhz monitorinq imtahanlarının nəticələrinin elmi-statistik təhlili başlıca rol oynayır.
Kurikulum üzrə tələb olunan standartların necə yoxlanıla biləcəyi, bacarığın ölçülməsi üçün hansı alətlərdən istifadə olunacağı, tapşırıqların sayı və çətinlik dərəcələrinin müəyyən edilməsində monitorinq imtahanlarının nəticələrinin əsaslı təhlili dayanır. Bütün bunlara görə 2019-cu ildə tətbiq olunacaq yeniliklər təhsildə islahatlar prosesinin tərkib hissəsidir”.
Kamran Əsədov bildirib ki, DİM-in elan etdiyi imtahanlarda ixtisas fənləri ilə bağlı müəyyən uyğunsuzluqlar var: “Təmayüllər üzrə siniflər bölünəndə riyaziyyat-iqtisadiyyat, yəni II qrup istiqamətində dərslərdə ümumu tarix nəzərdə tutulmayıb və dərs şəbəkəsindən çıxarılıb .DİM-in yeni qaydalarında isə II qrupda ümumi tarix də daxil olmaqla Tarix fənnindən imtahan olacaq. Əvvəllər isə yalnız Azərbaycan tarixindən imtahan nəzərdə tutulurdu. Yəni 2019-cu ildə şagird təmayüldə keçirilməyən fəndən imtahan verməli olacaq.
DİM elan etmişdi ki, abituriyentlər 3 fəndən buraxılış, 3 fəndən də qəbul imtahanı verəcək. Lakin elan olunmuş ixtisas quruplarında bu gözlənilməyib. Təklif olunan yenilikdə bu vəziyyət yaranıb:
I mrəhələ Buraxılış imtahanları 3 fənn üzrə Azərbaycan dili (rus dili), riyaziyyat, xarici dil (3 fənn), II Mərhələ I qrup - riyaziyyat, fizika, kimya, cəmi fənn. Amma buraxılış imtahanında riyaziyyatın olduğunu nəzərə alsaq, 2 fənn və ümumi 5 fənn olur.
II qrup - riyaziyyat, coğrafiya, tarix (Azərbaycan və dünya tarixi), 3 fənn. Amma buraxılış imtahanında riyaziyyatın olduğunu nəzərə alsaq, 2 fənn alınır. Nəzərə alsaq ki, orta məktəbdə ümumi tarix və Azərbaycan tarixi ayrı-ayrı fənlərdir, onda belə çıxır ki, 7 fənn olur, çünki 3 fənn də buraxılış imtahanlaındadır.
III qrup-Azərbaycan dili, tarix (Azərbaycan və dünya tarixi), ədəbiyyat.
Orta məktəbdə ümumi tarix və Azərbaycan tarixi ayrı ayrı fənlərdir, onda belə çıxır ki, 7 fənn olur, çünki 3 fənn də buraxılış imtahanlarındadır.
IV qrup - kimya, fizika, biologiya. Ən çətin qrup olacaq. Çünki 3 fəqli fəndən buraxılış və qəbul imtahanı verəcəklər. 4-cu qrupda həqiqətn də 6 fənn prinsipi gözlənilib”.
Ekspert qeyd edib k, uyğunsuzluq bununla bitmir: “Heç bir ixtisas qurupunda xarici dil fənni yoxdur. Digər qurupları anlamaq olar. Amma II və III qrupda xarici dil zəruri idi.
Düzdür, buraxılış imtahanlarında xarici dil fənni var, lakin buraxılış imtahanlarında istifadə olunan test tapşırıqlarının səviyyəsi ilə qəbul imtahanları ilə eyni deyil.
Ən azından regionşunaslıq, beynəlxalq münasibətlər, tərcümə, xarici dil müəllimliyi kimi ixtisaslar üçün ingilis dili yüksək səviyyədə tələb olunur. Hesab edirəm ki, bu problemdən çıxış yolunu qeyd olunan istiqamətlərdə təhsil almaq istəyənlərə xarici dil fənnindən bal məhdudiyyəti tətbiq etməklə aradan qaldırmaq olar.
Əlbəttə, təhsili repititorlara xidmət kimi düşünmək olmaz. Ali məktəblərə qəbul əlçatan olmalıdır. Çünki günü-gündən repititorluq daha kütləvi forma alır. Bu isə valideyinlərin ciddi şəkildə maliyyə itkisi ilə nəticələnir. Lakin yeniliyin mütərəqqi tərəfi odur ki, şagirdlırin orta məktəb qiymətlərinə və buraxılış imtahanlarına marağı artacaq. İndi daha yüksək nəticə əldə etmək üçün buraxılış imtahanlarına ciddi yanaşacaqlar. Amma xarici dillər istiqaməti əvvəlki kimi yüksək səviyyədə kadrları qəbul etməyəcək”.
Qeyd edək ki, ötən gün Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli qəbul olunub.