​Qəbələdə yanaraq ölən ərəb turist Azərbaycanda dəfn olunacaq

Baxış sayı:
10663

Bir neçə gün əvvəl Qəbələdə kirayə yaşadığı evdə yanaraq ölən Suriya vətəndaşının cənazəsi ölkəsinə göndərilməyib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, 1995-ci il təvəllüdlü Alhamidi Arvan Azərbaycanda dəfn olunacaq.
“Ölən ərəbin meyiti ölkəsinə aparılmayıb. O, burada dəfn ediləcək”, - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib. Hadisə nəticəsində suriyalı ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.