Qazla işləyən avtomobillər təhlükəlidir?- VİDEO

Baxış sayı:
9058

Son zamanlar ölkəmizdə qazla işləyən avtomobillərin sayı sürətlə artmaqdadır.Ekoloji cəhətdən təmiz sayılan bu yanacaq növü həm də ekonomikdir.Lakin düzgün quraşdırılmadıqda sürücülərə problemlər yaradır. Bəzi hallarda avtomobilin salonundan qaz iyi gəlir. Sürücülər isə bunun daha pis nəticələri ola biləcəyini deyir.

Avtomobilin salonundan qaz iyi gəlir. İy və qoxu o qədər çox yayılır ki, avtomobili uzaq yolda idarə etmək mümkünsüz hala çevrilir.

Sürücünün sözlərinə görə, problemin həlli üçün nə qədər cəhd elə sə də,səbəbini tapa bilməyib.

Ustalar isə bildiri ki,qaz avadanlığı quraşdılan avtomobillərdə bu kimi problemlərə tez tez rast gəlinir.

Avtomobil ustası Sahil Ağabəyli deyir ki, əslində xırda məsələ kimi görünən bu problem avtomobilin yanmasına belə səbəb ola bilər.

Ustalar bildirir ki,ölkəmizdə avtomobillər üçün olan qazların oktan dərəcəsi kifayət qədər yaxşı səviyyədədi. Bu da yanma zamanı mühərrikin ömrünü daha da uzadır.Lakin qaz quraşdırılan zaman istifadə olunan avadanlığın keyfiyyətinə mütləq nəzərə almaq lazımdır./Xezerxeber