Qazaxıstanın yeni Prezidenti aksiyaları məhdudlaşdırır - "İCAZƏSİZ MİTİNQLƏR İĞTİŞAŞLARA ÇEVRİLİR"

Baxış sayı:
6310

“Qazaxıstanda “Sərbəst toplaşmaq haqqında” qanun yenidən hazırlanır. Bu sənəd çərçivəsində qanunsuz yığıncaqların qarşısı alınacaq”. Bunui Qazaxıstan Prezidenti Qasım-Comart Tokayev deyib. “Təbii ki, bütün qanunsuz aksiyaların qarşısı alınacaq. Baş Prokurorluq da bu cür küçə aksiyalarının qanunsuz olduğunu dəfələrlə bildirib. İcazəsiz mitinqlər iğtişaşlara çevrilir, bu aksiyalarda iştirak etmək istəməyən insanlara maneələr yaradır. Yeni qanuna görə, nümayişə çıxıb öz fikirlərini ifadə etmək istəyənlər müvafiq orqanlara müraciət edəcəklər. Onlara toplaşmaq üçün xüsusi yerlər ayrılacaq”, – deyə dövlət başçısı qeyd edib./“Report”