​Qazaxıstanda qətl törədən Ermənistan vətəndaşı Rusiyada tutuldu

Baxış sayı:
6262

Cari ilin 1 yanvar tarixində Yeni il gecəsi Qazaxıstan Respublikasının Karaqanda şəhərindəki ermənilərə məxsus olan “Drevniy Rim” restoranında qətldə şübhəli bilinən Ermənistan vətəndaşı Narek Qururyan Rusiyada saxlanılıb.
Publika.az “nur.kz” saytına istinadən xəbər verir ki, bu haqda Qazaxıstan Daxili İşlər Nazirliyinin daxili və xarici kommunikasiyalar departamentinin direktoru Almas Sadubayeva bildirib.
Onun sözlərinə görə, şübhəli bu gün Rusiyanın Omsk vilayətində saxlanılıb. Hazırda qanunvericiliyə uyğun olaraq, onun Qazaxıstana ekstradisiyası haqqında məsələ həll edilir.
Xatırladaq ki, 2018-cu il dekabrın 31-dən yanvarın 1-ə keçən gecə Qazaxıstanın Karaqanda şəhərində “Drevniy Rim” restoranında restoranında ermənilər qazaxlara qarşı təhqiramiz münasibət fonunda başlayan davada 23 yaşlı gənci öldürüblər. Daha üç nəfər müxtəlif travmalarla xəstəxanaya müraciət edib.
Kütləvi davanın iştirakçısı olan Qururyan hadisədən sonra Rusiyaya qaçmışdı və onun barəsində dövlətlərarası axtarış elan edilmişdi.