​Qazaxıstan azərbaycanlı dirijoru mükafatlandırdı - Foto

Baxış sayı:
3321

Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Azərbaycanın Xalq Artisti professor Ağaverdi Paşayevə Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin “Mədəniyyət əlaçısı” (“Мәдениет саласының үздігі”) döş nişanı təqdim edilib.
Muxalifet.az xəbər verir ki, təqdimetmə N.Tlendiyev adına “Otırar sazı” Akademik Folklor-Etnoqrafiya Orkestrinin Qazaxıstan ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş qala-konserti zamanı keçirilib.
“Otırar sazı” orkestrinin Bakı konsertində tamaşaçılar müasir və qədim qazax milli musiqi alətlərinin rəngarəngliyi ilə tanış olublar.