Qazax nazir Bakıda: Birgə layihələr müzakirə edildi

Baxış sayı:
9793

Azərbaycanda səfərdə olan Qazaxıstanın rəqəmsal inkişaf, müdafiə və aerokosmik sənaye naziri Askar Jumaqaliyev ilə Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə arasında ikitərəfli görüş keçirilib.
Bu barədə nazirlikdən məlumat verilib.
Görüş zamanı iki ölkə arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi, Azərbaycan və Qazaxıstanın qlobal bazarlarda rəqabət qabiliyyətli startap layihələri arasında sinerjinin yaradılması və birgə layihələrin icra olunması, tanışlıq səfərlərinin təşkili və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.