Qazax millətçilərindən Rusiyaya ərazi iddiaları: “Orenburq və Omsk Qazaxıstan əraziləridir” - ARAŞDIRMA

Nikita Kovalenko, Mixail Moşkin, Marina Balataçeva
 
Vzqlyad.ru, 15.09.2017
 

“Kаzinform”.kz dövlət agentliyinin saytında qəribə sərhədlərlə Qazaxıstanın xəritəsi peyda olub – Rusiyanın bir neçə əyaləti, həmçinin Çin və Özbəkistanın bir hissəsi respublikanın “tərkibində” görünüb. Xəritə saytdan tezliklə yox olub, amma “xıltı qalıb” – Orenburq əyaləti və Sibirin bir qismi haqda iddialar Qazaxıstanda birinci dəfə səslənmir. Bu dərcin arxasında kim durur və Rusiyanın buna necə reaksiya verməyi lazmdır?
 
“Kazinform” dövlət agentliyi cümə axşamı illüstrasiya kimi Qazaqstan dövlətinin xəritəsini yerləşdirib və  Rusiya, Çin, Özbəkistana məxsus ərazilər bura “daxil olub”. Orenburq, Omsk, Daşkənd, Nukus (Özbəkistanın tərkibinə daxil Qaraqalpaqın paytaxtı) və Çinin Sinszyan-Uyğur muxtar bölgəsindəki Kulca şəhəri Qazaxıstanınkı kimi göstərilib. Diqqətçəkəndir ki, illüstrasiya əlavə edilmiş mətnin özündə söhbət heç də sərhədlərdən deyil, dövlət dilinin modernləşdirilməsindən gedib. Qeyd edək ki, bir müddətdən sonra qəribə xəritəni çıxardıb başqa illüstrasiya ilə əvəzləyiblər, lakin dərc Google-nin keşində saxlanıb.
 
Xəritə dərcinin təşəbbüskarı kim ola bilər
 
Agentliyin özü bundan sonra heç bir şərh verməyib. Lakin istina deyil ki, dərc təsadüfi diqqətsizlik deyildi. Məsələ burasındadır ki, “Kazinform”a apreldə millətçi məsləkli dərcləri ilə ad çıxarmış publisist Əskər Umarov başçılıq edib. Regnum İA qeyd edir ki, düzdür, o bunlara Əskər Kumıran təxəllüsü əlavə edir. Biz urusları yenə də geridə qoymuşuq!!! Əlvida, kirli Rassiya!” (orfoqrafiya saxlanıb, sitatı “Titus” vətəndaş jurnalistikası agentliyi gətirib) onun Rusiya haqda ən yumşaq ifadələrindəndir. 
Umarov bir dəfə Qazaxıstanın rusdilli vətəndaşlarına üz tutaraq qeyd edib (yenə də sözbəsöz): “Unutmayın ki, siz burada yerli əhali deyil, zorla qəbul etdirilmiş diasporasınız və sağ ol de ki, hüquqlarınız gözlənir və sizi yad ölkələrdəki müstəmləkəçilər kimi heç kim qovalamır”.
 
Sadəcə səhvdir
 
“Bunu xoşagəlməz səhv hesab edək. Qazaxıstan və biz Avrasiya İqtisadi Birliyinin üzvüyük, münasibətlərimiz yaxşıdır, – Federasiya Şurası beynəlxalq məsələlər üzrə komitə sədri müavini Andrey Klimov “Vzqlyad” qəzetinə bildirib. –Amma bunu korlamaq istəyənlərin sayı xeyli çoxdur və bunun üçün böyük pullar gətirilir. Hazırda hər şeyi  şişirtməyimiz və sərhədlərimiz ətrafında sabitsizlik zonasını gücləndirməyimiz strateji səhv olardı”.
 
Xəta deyil, özündən toqquşdurmadır
 
“Adam dövlət qulluğunda mövqe tutursa, dövlət başçısının göstərişlərini icra etməlidir, amma özfəaliyyətlə məşğuldursa, onda belələrini vəzifədən çıxarmaq lazımdır, – Qazaxıstan-alman universitetinin Beynəlxalq və bölgə əməkdaşlığı İnstitutunun direktoru Bular Sultanov “Vzqlyad” qəzetinə bildirib. – Qoy azad jurnalistikaya, müstəqil ekspertliyə getsin. Bizim ölkəmiz demokratikdir, qoy orada nə istəyir, etsin”.
Sultanov xəritənin dərcini ümumi tendensiyanın bəlirtisi sayır: “Hazırda bütün dünyada – düşünürəm ki, qeyri-sağlam – millətçiliyin güclənməsinə axın başlanıb. Açığını deyim ki, bizdə xaricdən qrant alan adamlar var. Onların əsas vəzifəsi çinlilərin tezliklə gəlib hər şeyi ələ keçirəcəyi və yaxud rusların müstəmləkəçi olduğu və yeni müstəmləkəçiliyiə can atdığı haqda xof yaymaqdır”.
 
Orenburq kimindir?
 
Orenburq (qazax transkripsiyasında – Orınbor) və Omsk (Omba) civarındakı vilayətlərin “qazax əraziləri” olduğu haqda bəyanatlar respublikanın millətçilər mühitində çoxdan səslənir. Orenburqa iddialar “Lenin milli siyasəti”nin özəlliklərinə söykənir. Qeyd edək ki, bu mühitdə sovet irsindən qalan, demək olar, bütün şeylər tənqidi dəyərləndirilir.
Ümumittifaq Mərkəzi İcraiyyə Komitəsi (ÜMİK) və RSSFR 1920-ci ildə “Qazaxıstan MSSR-in yaradılması haqda” Lenin və Kalinin imzaladığı dekret qəbul edib. İndiki Qazaxıstan 1936-cı ilədək RSSFR-in muxtariyyəti olub, bundan sonra status müttəfiq respublikayadək yüksəldilib. Orenburq 1920-ci il dekreti üzrə Qazaxıstan MSSR-in paytaxtı elan edilib, hələ muxtariyyətlər şurasının ilk qurultayı burada keçirilib. Lakin artıq 1925-ci ildə Qazaxıstanın paytaxtı əvvəlcə Qızıl-Ordaya, sonra isə Alma-Ataya köçürülüb. Elə o vaxt – 1925-ci ildə Orenburq vilayətini RSSFR-ə qaytarıblar.
Lakin Omska gəlincə, ümumiyyətlə, heç vaxt Qazaxıstanın dövlət qurumlarında olmayıb.
Əgər müasir etnodemoqrafik duruma müraciət etsək, Orenburq vilayətində qazaxlar əhalinin, təxminən, 6%-i (Orenburqun özündə 2,03%) təşkil edir, qazaxlar Omsk vilayətində əhalinin ümumi sayının  4-dən bir qədər çoxdur (Omskun özündə 3,4%-dir). Qazaxlar xəritə müəlliflərinin iradəsi ilə Qazaqstana daxil edilmiş Kurqansk vilayətində 1%-ə yaxındır.
 
Millətçilər toplumdan didərgin sayılır
 
Rusiya Strateji Araşdırmalar İnstitutu Ural Bölgəsəl analitik informasiya mərkəzinin elmi əməkdaşı Maksim Lixaçov “Vzqlyad” qəzetinə deyib: “Qazax millətçilərinin Orenburq vilayətinə, Omska iddiaları məlumdur”,  amma boyanı tündləşdirməməyə çağırıb. O, qeyd edib: “Özlüyündə bu, Astananın rəsmi mövqeyi deyil”.
Elə respublikada millətçilik əhvali-ruhiyyəsi də çox güclü deyil. Həmsöhbətimiz işarə edib: “Qazax millətçiləri əhalinin didərgin zümrəsi kimi qəbul edilir”.
Lixaçovun fikrincə millətçi qruplar hakimiyyət tərəfdən dəstəkləməsə də, hər halda onun başısoyuqluğundan iş görürlər. “Bu xüsusda heç bir xülya bəsləmək lazım deyil ki, belə bir şey Qazaxıstan rəhbərliyinin iradəsinə zidd olaraq baş verir, – Həmsöhbətimiz hesab edir. – İctimai məntiq dəlilində millətçi ritorikanın olması Astanaya sərf edir”.
Onun sözlərinə görə, bu, milli məsələni həll etməyə, Qazaxıstanda yaşayan rusların ipini çəkməyə, həmçinin Rusiya ilə diskussiyalarda arqument kimi millətçilik ritorikasına isnad etməyə yardım edir.
Lixaçov ehtimal edir: “Fitnəkarlıqda Umarovun əli varsa, onda Qazaxıstan siyasi sisteminin özəllikləri nəzərə alınmaqla bu cür şeylər elə-belə baş vermir. Mən demirəm ki, bu, sifariş idi. Lakin bu cür dərclərə qarşı rəsmi göstəriş olsaydı, o, dövlət nəşrləri səviyyəsində meydana çıxmazdı”.
 
Amma separatizmi bələkdə boğurlar
 
Həmçinin qeyd etmək lazım gəlir ki, Astana Qazaxlıstana qarşı ərazi iddialarında istənilən eyhama fəal şəkildə – və haqlı olaraq – reaksiya verir. Məsələn, 2014-cü ildə Xakasiya Ali Sovetinin spikeri Vladimir Ştıqaşov bildirib ki, Rusiya 30-cu illərdə öz ərazisinin bir hissəsini respublikaya verib. Cavabında Qazaxıstan XİN Rusiya səfiri Mixail Boçarnikovu izahat üçün çağırıb.
“Уральская неделя” nəşri bu il fevralda LDP-dən Dövlət Dumasının deputatı, aşağı palatanın komitələrindən birində çıxış etmiş  Pavel Şperovdan sitat gətirib:“Qazaxıstandakı rus həmvətənlərimizi “diaspora” adlandırmaq siyasi səhv olardı. Axı bunlar müvəqqəti qoparılmış bizim torpaqlardır”.
Cavabında Qazaxıstan parlamentinin beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik üzrə komitəsinin rəhbəri Maulen Aşimbayev xəbərdarlıq edib: “Dövlət Dumasının deputatları öz ifadələrində ehtiyatlı olmalıdırlar”.
Ştıqaşov və Şperov, ən azı, siyasətçilər sırasına aiddirlər. Lakin hətta özəl şəxs, müxalif və yazıçı Eduard Limonov əvvəllər öz bloqunda Ukrayna və Qazaxıstanın bir hissəsinin, yəni “şəhərlərimizin” Rusiyaya qaytarıla biləcəyini yazanda Astana Moskvaya etiraz notası göndərib. Qazaxıstan XİN təmsilçisi Janbolat Usenov o vaxt bəraət qazandırmışdı: “Cənab Limonov rəsmi şəxs deyil, RF-nin mövqeyini ifadə etmir… Amma belə alınıb ki, cənab Limonovun Rusiya vətəndaşlığı var”.
Qazaxıstanın özündə sepapartçı meyllərin kökü amansız şəkildə kəsilir. Deməli, keçən ilin dekabrında Şimali Qazaxıstan əyalətinin Qazaxıstanın Rusiyaya birləşdirilməsinə çağıran sakini İqor Çuprin millətlərarası nifaqı qızışdırmaq və separatizimin təşviqinə görə 5,5 il müddətinə azadlıqdan məhrum edilib.
2015-ci ildə Alma-Ata sakini Tatyana Şevtsova-Valova dörd il şərti məhkum edilib – o, facebook-dakı qeydə görə təqsirləndirilib: qazax millətçiliyi inkiaşf etsə, onda Qazaxıstanın şimalı “Krım kimi referendum yolu ilə” Rusiyanın tərkibinə daxil ola bilər.
Elə həmin il Ridder şəhəri (Şərqi Qazaxıstan vilayəti) sakini İqor Sıçev beş il müddətinə – artıq şərti deyil, gerçəkdən – məhkum olunub. O, kiminsə bölgənin Rusiyaya daxil edilməsi lehinə və ya əleyhinə sorğusunu yerləşdirdiyi “ВКонтакте” şəbəkəsinin inzibatçısı idi.
 
Tərcümə Strateq.az-ındır.