​Qaxda sel körpünü uçurdu: bir kəndlə əlaqə kəsildi - Video

Baxış sayı:
1693

Qax rayonuna yağan güclü leysan yağışı bir sıra fəsadlar törədib.
Report-un məlumatına görə, Ərdava çayının üzərindəki avtomobil körpüsünü sel aparıb.
Nəticədə Çinarlı kəndininin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Qeyd edək ki, həmin körpünü 2011-ci ildə də sel aparmışdı.