Qasırğa səbəbi ilə Batumidə "qırmızı xəbərdarlıq" elan edilib

Baxış sayı:
4030

Gürcüstanın Acarıstan Muxtar Respublikasından güclü yağış fəsadlara səbəb olub.

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə Gürcüstan Daxili İşlər Nazirliyinin qaynar xəttinə güclü yağışla əlaqədar 45 yardım mesajı daxil olub.

Evlər su ilə dolub, bundan başqa, Batuminin bir sıra küçələrində drenaj sisteminin işləməməsi nəticəsində avtomobil yollarında daşqın yaranıb.

Eyni zamanda çətin hava şəraiti Qara dənizin Batumi sahilində qasırğaya səbəb olub. Qasırğa səbəbi ilə "qırmızı xəbərdarlıq" elan edilib və çimərliklərdən istifadə qadağan olunub.