Qasırğa istiqamətini dəyişir – Çin və Tayvan

Çin və Tayvanda qasırğa təhlükəsi elan olunub.
 
"Talim" qasırğasının yaxınlaşması ilə əlaqədar bu gün Tayvanda və Çinin şərqində - Çjeszyan və Fuszyan vilayətlərində yerli sakinlərə xəbərdarlıq edilib.
"Talim"in bu il Çinin sahil rayonlarını dağıdacaq 18-ci qasırğa olacağı bildirilir. Qasırğanın quruya sentyabrın 14 və ya 15-i çatacağı ehtimal edilir.
Sürətinin saniyədə 52 metr olacağı gözlənilən qasırğa ilə əlaqədar Fuszyan hakimiyyəti kütləvi təxliyəyə hazır olduğunu bəyan edib.