​Qaşıqçının nişanlısı mərhumla necə tanış olmasından danışdı

Baxış sayı:
5710

Camalın cəsədinin harada olduğunu hələ də bilmirik. Bu barədə bir açıqlama yoxdur. Hələ də dəfn mərasimi keçirilmədi. Bu İslamda qəbuledilməzdir. Bu, bizim yerinə yetirməyimiz lazım olan son vəzifədir.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə öldürülən jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Cengiz çıxış edib.
Cengiz Qaşıqçı ilə 6 ay öncə konfranslardan birində tanış olduğunu, müsahibə almaq istədiyini və istəyinin qəbul edildiyini bildirib:
"Mənim kimi bir tədqiqatçı üçün belə güclü və böyük bir jurnalist-yazıçı ilə ünsiyyətə girmək şərəf və qürurverici idi. Aramızda dərhal səmimi bir dialoq başladı. Təkəbbürdən uzaq çox hörmətli, xeyirxah və səmimi bir insan idi. İri bir qəlbi var idi. Sevgi və hörmətin arxasında özümü şərəfli hiss edirdim. Bunu özünə böyük güvən hissi adlandıraram".