Qaşıqçının hissələrə ayrılmış cəsədi çemodanlarda çıxarılıb

Baxış sayı:
4435

Səudiyyəli journalist Qaşıqçının itkin düşdüyü gün Atatürk Hava Limanına enən 2 Səudiyyə jetindeki 9 şəxsin konsulluq və hava limanı xəttində qaranlıq marşrutu dəqiqə-dəqiqə kameralarda qeydə alınıb.
 
Görüntülərdə Atatürk Hava Limanına enən 9 Səudiyyəli nəzarət nöqtəsindən keçib avtomobillərlə əvvəl otelə, sonra da konsulluq binasına gedir. Sonra şübhəli Səudiyyəli sui-qəsd qrupu eyni günün axşamı yenə hava limanından təyyarə ilə uşublar.
 
QAPALIÇARŞIDAN BÖYÜK ÇAMADANLAR ALIBLAR
 
Camal Qaşıqçının itkin düşdüyü gün xüsusi iki təyyarəylə İstanbula gələn naməlum 9 Səudiyyəli sui qəsd qrupu həmin gün Qapalıçarşıdan böyük həcmli çemodan aldıqları müəyyən edilib. Aparılan araşdırmada Səudiyyəyə dönüş zamanı aldıqları çemodanların yanlarında olmadığı müəyyənləşdirilib.
 
POLİS TƏZƏ QAZILMIŞ MƏZAR AXTARIR
 
Şübhəlilərin keçdiyi marşrutlarda araşdırma aparan polis yeni qazılmış qəbir axtarmaq üçün xüsusi bir qrup yaradıb. Bütün ehtimalları dəyərləndirən polis ekspertləri Qaşıqçının öldürülüb, basdırılmış olma ehtimalı üzərində dayanır.
 
150 KAMERA TƏHLİL OLUNUR
 
Səudiyyə jurnalisti Camal Qaşıqçının itkin düşməsilə əlaqədar olaraq 150 kameranın araşdırıldığı qeyd olunub. Təhlil olunan kameralardakı minlərlə dəqiqəlik görüntüdə şübhəli hallar tək-tək təsbit edilir.

Müxalifət.az