Qaşıqçını öldürən adam bəlli oldu: SƏUDİYYƏNİN QURBANLIQ KEÇİSİ

Baxış sayı:
6295

“New York Times” (NYT) qəzeti, Səudiyyə Ərəbistanının jurnalist Camal Qaşıqçı-nın öldürülməsindən dolayı vəliəhd şahzadə Məhəmməd bin Salmanın yüksək səviyyəli müşavirlərindən olan kəşfiyyat rəsmisi general Əhməd əl Assirini məsul tutmağa hazırlaşdığını yazıb.
 
NYT, günlərdir dünya gündəmindən düşməyən Camal Qaşıqçı hadisə haqqında yeni bir iddia ortaya atıb.
Qəzet, Səudiyyə Ərəbistanının planlarından xəbərdar olan 3 mənbəyinə əsaslandırdığı xəbərində, Səudiyyə rəhbərliyinin şahzadə bin Salmana yaxın şəxslərdən general Assirini Qaşıqçı-nın ölümündən məsul tutmağa hazırlaşdığını önə sürüb.
NYT-yə görə mənbələr, "Səudiyyə rəhbərlərin, general Assirinin Məhəmməd bin Salmandan Qaşıqçını tutması üçün şifahi səlahiyyət aldığını, ancaq Assirinin bu səlahiyyəti ya səhv anlayaraq və ya səlahiyyətlərini aşaraq jurnalisti öldürdüyünü deyəcəklərini" bildirib.
 
"AĞ EVƏ MƏLUMAT VERİLİB"
 
Mənbələr, Ağ Ev rəsmiləri ilə də müzakirə olunduğunu və Assirinin adının verildiyini bildirib.
Daha öncə Yəməndəki Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı hərbi müdaxiləyə rəhbərlik edən general Assiri, şahzadə Məhəmmədə ən yaxın şəxslərdən biri olaraq görülür.
 
"TRAMPIN KÜRƏKƏNİ ŞAHZADƏ MƏHƏMMƏDİ DƏSTƏKLƏNMƏSİNİ İSTƏYİB"
 
Xəbərdə, Ağ Evə yaxın bir qaynağın, ABŞ prezidenti Donald Trampın kürəkəni Jared Kuşnerın da qayınatasından Məhəmməd bin Salmanı dəstəkləməsini istədiyi bildirilib.
Mənbələrə görə, Kuşner, Qaşıqçı-nın ortadan itməsi və öldürülmüş olmasına qarşı təzyiqlərin, Səudiyyə Ərəbistanın digər səhvləri kimi zamanla unudulacağını qeyd edib.
Müxalifət.az