Qaşıqçı öldürülməsə S. Ərəbistanını bitirəcək sənədi açıqlayacaqdı!

Baxış sayı:
9673

Jurnalist Camal Qaşıqçı-nın, öldürülməzdən əvvəl bir sənəd açıqlamaq üzrə olduğu, sözügedən sənədin, Səudiyyə Ərəbistanının Yəməndə istifadə etdiyi kimyəvi silahlarla bağlı olduğu iddia edilib.
 
Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı ilə bağlı diqqətçəkən bir iddia ortaya atılıb.
Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanı tərəfindən qaçırılıb, zərərsizləşdirilmək tələbinin olunduğunun İngilis kəşfiyyatı tərəfindən əvvəlcədən bilindiyi irəli sürülərkən, jurnalistin öldürülməsə, mühüm bir sənədi açıqlamağı düşündüyü də ifadə edilib.
 
"Yəməndəki qırğınlara qarşı sənəd" iddiası
 
“Tasnim” agentliyinin bildirdiyinə görə, İngilis mediasında diqqət çəkən bir iddia yer alıb. İddiaya görə, jurnalist Camal Qaşıqçı öldürülməsəydi Səudiyyə Ərəbistanının Yəməndə həyata keçirdiyi qırğınlara dair mühüm bir sənəd açıqlayacaqdı.
 
"Kimyəvi silah istifadə edildiyini açıqlayacaqdı"
 
Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanının Yəməndə kimyəvi silah istifadə etdiyini ifşa etməyə hazırlaşdığı qeyd edilərkən, buna mane olmaq istəyən "Kraliyət mənsubu bir adam" tərəfindən Qaşıqçı-nın qaçırılıb, Səudiyyə Ərəbistanına gətirilməsi istiqamətində göstəriş verilib.
 
Qaşıqçı ilə necə davranmaq məsələsində qapı açıq qoyulmuş
 
“Milli Qəzet”-də yer alan xəbərə görə, sözügedən xəbərdə yenə mənbələrə əsaslandırılaraq, əmri verən adamın Qaşıqçı-nın qaçırılıb, Səudiyyə Ərəbistanına gətirlməsini istəməklə yetinmədiyi, Qaşıqçı-nın problem çıxardığı təqdirdə onunla necə davranılacağı məsələsində "qapının açıq qoyulduğu" da ifadə edilib.
 
Əmri verənə dair məlumat yoxdur
 
“Tasnim”-in bildirdiyinə görə, İngilis mediasında yer alan və kəşfiyyat mənbələrinə əsaslandırılan xəbərdə, Camal Qaşıqçı-nın qaçırılması, yaxud öldürülməsi əmrini verən şəxsin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman olub olmadığına dair məlumat verilməyib.
Müxalifət.az