“Qaşıqçı” olayının Türkiyədə törədilməsi ilə verilən mesajlar..

Baxış sayı:
3424

Camal Qaşıqçı, boşanma sənədlərini almaq üçün əvvəl Vaşinqtondakı Səudiyyə Ərəbistanı səfirliyinə müraciət etmiş, oradan İstanbula istiqamətləndirilmişdir.
 
 Türk-Ərəb Media Dərnəyinin başqanı Turan Kışlakçının izahatına görə, Qaşıqçı, bir dövr mətbuat danışmanlığını etdiyi Londondakı Səudiyyə Ərəbistanı səfirliyi ilə təmas qurmuş, onu İstanbula yönəltmişlər.
Səudiyyə rejiminin müxaliflərinə, "Təhlükəsiz olaraq gördüyünüz Türkiyədə belə sizi aradan götürə bilərik" mesajı vermək üçün xüsusilə Türkiyə seçilib. Məqsəd sadəcə Qaşıqçı-nın aradan qaldırılması olsaydı, çox tez-tez səyahət edən jurnalisti başqa vasitələrlə də ortadan qaldıra bilərdilər.
Amma onun xüsusilə Türkiyədə olması istənmişdir. Sanki iz buraxmaq istəyirmişlər kimi davranmışlar. Bununla yanaşı, həm də Türkiyənin etibarlı bir ölkə olmadığı mesajı vermək istənmişdir. Bir də "Türkiyəyə gələr, istədiyimiz adamı aradan götürə bilərik" mesajı verilməklə, gözü çıxmış qardaşlarından “dərs” götürmələri istənilmişdir.
Maraqlıdır ki, Camal Qaşıqçı, 28 sentyabrda günortadan sonra Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna müraciət edib. Ancaq saat gec olduğu bəhanəsi ilə 15 dəqiqədə icra olunacaq işi təxirə salmaqla, gələn həftə gəlməsi istənmişdir.
Qaşıqçı, şənbə günü daha əvvəl planlaşdırılan konfrans üçün Londona gedib. Bazar və bazar ertəsi günü Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğundan zəng edib, "Nə vaxt gəlirsiniz" deyə soruşmuşlar. Qaşıqçı bu cür davranışdan narahat olmuş, "Mənim zəng etməyim gərəkirkən, onların mənə zəng etməsi maraqlıdır" demişdir. O, belə vəziyyətin ilk dəfə baş verdiyini social mediada qeyd etmişdir.
Müxalifət.az