Qaşıqçı olayını çözəcək 2 SİRR

Baxış sayı:
3937

Haber7.com, Səudiyyə Ərəbistanı konsulluğuna daxil olduqdan sonra itkin düşən Səudiyyə jurnalisti Camal Qaşıqçı ilə bağlı önəmli detallar əldə edib.
 
Dünən, Səudiyyə Ərəbistanından İstanbula gələn 15 nəfərlik sui-qəsd qrupu və bu qrupun İstanbulda etdiklərini göstərən kamera qeydləri gündəmə düşmüşdü. Bu görüntülərdə qara lüks mikroavtobus ilə hərəkət edən qrupun Pendik istiqamətinə getdiyi və 4 saata qədər orada qaldığı və sonra döndüyü ortaya çıxıb. Həmçinin yaradılan xüsusi istintaq qrupunun Qaşıqçı-nın qolundakı ağıllı saat ilə bağlı araşdırmaya başladığı öyrənilib.
 
QARA MİKROAVTOBUS PENDİKƏ GETDİ
 
Təhlükəsizlik mənbələrinin iddiasına görə, sui-qəsd qrupunu daşıyan mikroavtobuslardan biri Pendik istiqamətinə gedib. Ancaq mikroavtobus sonradan yoxa çıxıb. O maşın təxminən 4 saat sonra təkrar konsulluğa qayıdıb. Dörd saat ərzində Pendikdə hara gedildi, nələr edildi, Camal Qaşıqçı o maşınla Pendikə aparıldımı, hələlik bunlar sir olaraq qalır, ancaq 150 kamera görüntüsünü saniyə saniyə izləyən xüsusi istintaq qrup Pendikə gedən maşının marşrutu ola biləcək sahədəki bütün təhlükəsizlik kameralarını araşdırma altına alıb. O kameralarda maşının izi sürülür.
 
POLİS AĞILLI SAATI ARAŞDIRIR
 
Polisin araşdırdığı digər bir məsələ də ağıllı saatdır. Qaşıqçı konsulluğa girdikdə qolunda telefonu ilə sinxronizə olan ağıllı saat olub.
Qaşıqçı-nın nişanlısı Xədicə verdiyi cib telefonuna bağlı olan ağıllı saat, jurnalist Qaşıqçı-nın aqibəti mövzusunda əhəmiyyətli ipucu verə bilər. Bu məqsədlə xüsusi bir texnologiya qrupu yaradılıb. Bu saatdan gələn məlumatları texnologiya qrupu araşdırmaya başlayıb.
Qaşıqçı öldürüldümü, yoxsa hələ də yaşayırmı, yaşayırsa, konsulluqda yaxud iqamətgahdamı saxlanılır? Yoxsa təyyarə ilə ölkə xaricinə qaçırıldı? Bütün bu suallar texnologiya qrupunun araşdırmasından sonra aydınlaşacaq.
Qeyd edək ki, İngiltərənin “Daily mail” qəzetinin bugünkü nömrəsində Qaşıqçının ölmədiyi, təyyarə ilə əvvəlcə Dubaya, sonra isə paytaxt Ər-Riyada qaçırıldığı haqda məlumat verilib.
Müxalifət.az