Qaşıqçı olayında yeni təfərrüatlar ortaya çıxıb

Baxış sayı:
2020

“Vaşinqton Post” qəzetinin müəllifi Camal Qaşıqçı, İstanbuldakı Səudiyyə Ərəbistanı Konsulluğuna daxil olduqdan sonra ortadan yox olub.
Şahzadə Muhəmməd bin Salmanın göstərişilə Səudiyyə Ərəbistanından Türkiyəyə gələn 15 nəfərlik sui qəsd qrupunun Camal Qaşıqçını öldürdüyü güman edilir.
Bu iddiaları gücləndirən dəlillər ələ keçirilib.
 
Ağıllı saat səsləri qeyd edib
 
Konsulluğa girmədən əvvəl telefonunu nişanlısına verən Camal Qaşıqçı, telefonu ilə bağlantılı olan ağıllı saatını qolundan çıxarmayıb.
Qaşıqçının saatı konsulluq içindəki bütün səsləri nişanlısındakı telefona ötürüb.
 
Telefon araşdırılır
 
Polis, Qaşıqçının nişanlısı Xədicə Çingizdə olan telefonu araşdırmağa başlayıb.
Ərəbcə bilən mütəxəssislərlə birlikdə səs qeydiyyatı çözülür və təhlil edilir.
Digər tərəfdən, daha bir gəlişmə ortaya çıxıb.
Konsulluqdan çıxan qara rəngli Mersedes Vito mikroavtobusunun Pendik istiqamətinə getdiyi aydınlaşıb
Konsulluğu aid qara şüşəli bir Mersedes Vito mikroavtobusu qeydə alan 200-ə yaxın kamera təhlil olunaraq təqib edilib.
Araşdırmaya görə, konsulluqdan çıxan maşın Pendikə gəlib. Amma burada kimsəsiz bir sahəyə daxil olan avtomobil, təqib oluna bilməyib.
4 saatlıq fasilədən sonra yenidən geri qayıdan avtomobildə, Qaşıqçı-nın cəsədinin yerləşdiyi və bir yerə götürülüb, basdırıldığı ehtimalı araşdırılır.
Müxalifət.az