“Qaşıqçı əməliyyatı ilə bağlı ABŞ-ın əvvəlcədən xəbəri olub” – Vaşinqton Post”

Baxış sayı:
4102

İtkin düşən Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın çalışdığı “Vaşinqton Post” qəzeti, ABŞ kəşfiyyatının Qaşıqçı-nın qaçırılması haqqında əvvəlcədən məlumatı olduğunu iddia edib.
 
“Vaşinqton Post”-un iddiasına görə, Səudiyyə Ərəbistanının rəsmi nümayəndələrini dinləyən ABŞ kəşfiyyatı, Camal Qaşıqçı-nın qaçırılması üçün planın həyata keçiriləcəyi ilə bağlı məlumatı olub. Daha əvvəl ABŞ prezidenti Trampın "Heç Bir məlumatım yoxdur" dediyi hadisə ilə bağlı bu iddia ABŞ-ın dərin dövləti və Səudiyyə işbirlikçilərini ağıllara gətirdi.
“Vaşinqton Post”-dakı yazıdakı görüntülərdə də açıq şəkildə görülən Səudiyyəli sui qəsd qrupu hava limanından konsulluğa aid avtomobillərlə ayrıldıqdan sonra Levent Mövenpick Otelinə giriş etdiyi ifadə edilir.
 
ABŞ KƏŞFİYYATI DAHA ƏVVƏLDƏN BİLİRDİ
 
ABŞ kəşfiyyatı jurnalist Camal Qaşıqçı yox olmadan əvvəl Səudiyyə rəsmilərinin jurnalisti qaçırma planları haqqındakı telefon danışıqlarına qulaq asıb. “Vaşinqton Post”-un adını vermədiyi şəxsin verdiyi açıqlamaya görə, bu telefon danışıqlarında Səudiyyə rəsmiləri Qaşıqçını Səudiyyə Ərəbistanına qaçırıb, orada sorğuya çəkmək planları ediblər.
Qaşıqçı-nın konsulluğa girişindən sonra onun çıxmasını gözləyən 34 CC 2248 və 34 CC 1865 nömrəli konsulluq avtomobilləri sürətli bir şəkildə konsulluqdan ayrılıblar.


 
TRAMP "MƏLUMATIM YOXDUR" DEMİŞDİ
 
Qeyd edək ki, ABŞ prezidenti Tramp, Qaşıqçı-nın itkin düşməsi ilə bağlı “İndi heç bir şey bilmirəm" deyərək Qaşıqçı-nın vəziyyətini Səudiyyə rəsmiləri ilə hələ danışmadığını, amma nə zamansa danışacağını ifadə etmişdi.
Müxalifət.az