​Qaşıqçı ilə bağlı səfirliyin önündə hərəkətli durum yaşanır

Baxış sayı:
4789

Səudiyyə Ərəbistanının Türkiyədəki səfirliyinin önündə hərəkətli durum yaşanır.
Muxalifet.az xəbər verir ki, Baş Konsulluqdan çıxan bir qrup şəxs maşınlara minərək konvoy halında ərazini tərk edib.
Ötən gün də səudiyyəli polislərin konsulluğun binasına gəldiyi, 2 saat qaldıqdan sonra 4 lüks avtomobillə getdikləri bildirilib.
Baş konsulluq binasından çıxanlardan birinin Səudiyyə Ərəbistanının bayrağını şal kimi boynundan asdığı görülüb.
Qeyd edək ki, bir neçə gün öncə jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanının Türkiyədəki səfirliyinin binasına daxil olduqdan sonra yoxa çıxıb.