Qaşıqçı hadisəsinin düyün nöqtəsi: KONSULUN EVİ

Baxış sayı:
4105

Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluq binasına girdikdən sonra bir daha çıxmamasından sonra gözlərin çevrildiyi ilk şəxslərdən biri Səudiyyə Ərəbistanı İstanbul baş konsulu Məhəmməd al Otaibi oldu.
 
Camal Qaşıqçının ortadan itməsi hadisəsinin əks-sədaları davam edərkən, Baş Konsulluq binası qədər əhəmiyyətli olan bir digər yer isə konsulun rəsmi iqamətgahı olub.
Baş Konsulluq binasına təxminən 300 metr məsafədə yaşayan İstanbul baş konsulu Məhəmməd al Otaibi'nin evi yaşanan hadisələrin mərkəzində yer alır.
 
QARA RƏNGLİ AVTOMOBİLDƏ EVDƏ 4 SAAT QALDI
 
Qaşıqçının konsulluq binasına girmədən əvvəl və girdikdən sonra binaya girən şübhəlilərin kəşfiyyat əməkdaşları olduğu üzərində durularkən, Baş konsulun diplomatik toxunulmazlıq' haqqıyla bütün prosesin içində olduğu düşünülür.
Bu yolla həm avtomobillərini, həm evini, həm də yanındakı şəxsləri təhlükəsizlik axtarışlarından keçirmədən istədiyi şəkildə hərəkət etdirə bilən Otaibi'nin hadisədən günlər sonra xarici bir xəbər agentliyinə konsulluğun qapılarını açması və şkaf qapılarını açıb, poza verməsi xarici mətbuatda da lağ mövzusu oldu.
Təhlükəsizlik və kəşfiyyat qaynaqlarının dünəndən bu yana hər addımını təhlükəsizlik kameralarından təqib etdiyi avtomobillərdən birinin, baş konsulun 300 metr məsafədəki iqamətgahına getdiyi və burada 4 saat ərzində qaldığı ortaya çıxıb.


 
TÜRK İŞÇİLƏRİN HAMISINA İCAZƏ VERİLMİŞ
 
Qaşıqçının ortadan itdiyi gün həm konsulluqdan, həm də Otaibi'nin evindəki Türk işçilərin hamısına birdən icazə verdiyi müəyyənləşib və səhər saatlarında işə gələn Türk işçilərinə günorta saatlarına doğru evə buraxılıblar.
Təhlükəsizlik gücləri, bu şəkildə qeyri-adi hərəkətliliyə şahid olmamaları üçün Türk işçilərin evə buraxılmaqla konsulluqdan uzaqlaşdırıldığını düşünür.
Müxalifət.az