Qaşıqçı cinayətindəki düyünü MİT çözəcək: QATİLLƏR TƏLAŞA DÜŞDÜ

Baxış sayı:
1888

Jurnalist Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda vəhşicəsinə qətlə yetirilməsindən sonra baş verən hər hadisə təkcə Səudiyyə Ərəbistanında deyil, Birləşmiş Ərəb Əmirlikləri, Misir, ABŞ və İsraildə də böyük təşvişə səbəb olur. Cinayətə dair yanlış məlumatlarla prosesi sabotaj etmək istəyənlərə Türkiyə yeni məlumat və sənədlərlə cavab verəcək.
 
Jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı davranışını ilk gündən bu yana dəqiq bir şəkildə müəyyən edən və hadisənin bütün aspektlərinin aydınlanması üçün ortaya çox ciddi bir iradə qoyan Türkiyə, cinayətə dair yeni bir proses başlayır.
Xüsusilə Səudiyyə Ərəbistanının Baş Prokurorluğundan cinayətə dair verilən açıqlamalardan sonra hadisənin yalnız müəyyən şəxslərin üzərinə yıxılaraq bağlanılacağı cəhdini hiss edən edən Türkiyə, bu dövrdə atdığı addımlarla Qaşıqçı cinayətini yenidən dünya ictimaiyyətinin 1 nömrəli gündəminə daşıdı. Səsyazma və digər dəlillər cinayətin çözülməsindən ötə başqa  mənalar daşıyır.
Cinayətə dair səsyazmasını bəzi ölkələrlə bölüşən, bəzi ölkələrə isə səsyazmasının çox kiçik bir qismini dinlədən Türkiyənin hadisə ilə bağlı digər kəşfiyyat məlumatlarını da ictimaiyyətilə bölüşməsi gözlənilir.
Cinayətin öncəsi, ardıcıllığı və sonrasına dair prosesi dəqiq bir şəkildə ortaya qoyacaq sənədlərin ortaya çıxması, Qaşıqçı cinayətinin işıqlandırılmasının xaricində mənalar daşıyır.
 
Yeni bir fitili alovlandıra bilər
 
Belə ki, bu səsyazma qeydləri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Salmandan Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd Bin Zayed-ə, ABŞ prezidenti Trampın kürəkəni Kuşnerdən Misirin çevrilişçi lideri Sisiyə qədər olduqca geniş bir coğrafiyada yeni bir fitili alovlandıra bilər.
Türk kəşfiyyatının Qaşıqçı cinayətində vəliəhd şahzadəsi bin Salmanın rolunu bütün aspektləri ilə ortaya qoyması, cinayətin beynəlxalq bağlantıları olan məqamlarla da böyük problem təşkil edir.
 
Qlobal nəticələri olacaq
 
Qaşıqçı cinayətində edam qrupunu daşıyan təyyarələrin Misir və Birləşmiş Ərəb Əmirlikləri üzərindən keçərək Ər-Riyada uçması, MOSSAD casusu Məhəmməd Dahlana bağlı bir qrupun təmizlik üçün konsulluq binasına gəlməsi, Məhəmməd bin Salmanın öldürülməsini istədiyi 200 nəfər üçün İsrailə ilə əlaqəli çalışması, İsrail ilə qurulan əlaqədə Trampın kürəkəni Kuşnerin də mühüm rollar oynaması kimi, daha əvvəl ictimaiyyətə hissə-hissə təqdim edilən və hamısı bir planın əsas daşları olan hadisələrin ən mühüm və birləşdirici hissəsi kimi önə çıxır.
Olduqca mürəkkəb münasibətləri ortaya çıxaran bu cinayətə dair MİT-in sahib olduğu məlumat və sənədlərin ortaya çıxması, vəliəhd şahzadə bin Salmanın Səudiyyə Krallığını idarə edə bilmə xəyalının suya düşməsi, Birləşmiş Ərəb Əmirlikləri ilə Səudiyyənin bölgəyə yönəlik planlarının boşa çıxması, çevrilişçi Sisinin bölgədəki ən əhəmiyyətli müttəfiqlərindən birini itirməsi kimi, hər biri qlobal nəticələr doğuracaq hadisələrin başlanğıcı olaraq görülür.
 
 Türkiyə, MKİ-nin hesabatını gözləyəcək
 
Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Qaşıqçı hadisəsində əli olduqca dolu olan və bütün prosesin hakimi olaraq qarşıya çıxan Türkiyə, ABŞ kəşfiyyat təşkilatları və müvafiq qurumlarının prezident Trampa təqdim olunacaq Qaşıqçı cinayəti hesabatına görə hərəkət edəcək.
Müxalifət.az