Qaşıqçı cinayətilə bağlı daha bir fakt üzə çıxdı

Baxış sayı:
4183

Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluq binasında törədilən Camal Qaşıqçı cinayəti ilə bağlı daha bir məlumat ortaya çıxıb. Əldə edilən məlumatlara görə, Konsulluq cinayətin işləndiyi prosesdə digər əvvəlki aylara nisbətdə 15 ton artıq su istifadə edib.
 
Konsulluğun son üç aylıq su istismar məlumatlarına görə, cinayətin işləndiyi prosesdə digər aylara görə artıq 15 ton su istehlakı baş verib.
Həcc mövsümünü də əhatə edən, konsulluğun ziyarətçisinin sıx olduğu yay dövrü olan avqust-sentyabr aylarında da gündəlik orta hesabla 1,44 ton su istehlakı reallaşdıran Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluq binasında, jurnalist Camal Qaşıqçı-nın öldürüldüyü oktyabr ayında gündəlik su istehlakı 2 tonu keçib. Noyabr ayında isə aylıq su istehlakı yenidən normaya qayıdıb, yəni gündəlik 1,5 ton səviyyəsinə. Bu da Qaşıqçı-nın qətlə yetirildiyi prosesdə intensiv su istehlakının həyata keçirildiyini ortaya çıxarıb.
Müxalifət.az