​Qaşıqçı cinayəti vəliəhdi dayandırmayacaq - Rozenberq

Baxış sayı:
12952

İran və digər düşmənlərə qarşı Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmana etimad edirik.
Muxalifet.az xəbər verir ki, bunu vəliəhd Salmanla görüşdə ABŞ Xristan Evanjelik hərəkatının liderlərindən Joel Rozenberq deyib.
"Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı cinayəti iyrən bir hadisə və bir xəta idi. Vəliəhdin düşmənləri Qaşıqçı cinayətindən sona qədər sui-istifadə etsə də, bu faciə Salmanın islahatlarını dayandırmayacaq", - Rozenberq söyləyib.