"Qaşıqçı cinayəti Türkiyəni gücləndirəcək"

Baxış sayı:
2215

Beynəlxalq təşkilatların və mətbuat orqanlarının Yaxın Şərq üzrə analitikləri, itkin düşdükdən sonra İstabulda öldürüldüyü ortaya çıxan Səudiyyəli jurnalist Qaşıqçı hadisəsinin, Türkiyənin Yaxın Şərqdəki təsirini artıraraq, bölgədəki liderliyi ələ keçirməsinə yol açacağı şərhini verirlər.
 
Türkiyənin, xüsusilə cinayətdən sonra izlədiyi strategiyanın və atdığı addımların çox ağıllı olduğunu qeyd edən “Chatham House” təşkilatının rəhbəri və eyni zamanda Yaxın Şərq analitiki olan Lina Khatib, "Qaşıqçı hadisəsi Ərdoğan üçün Səudiyyə Ərəbistanı üzərində təzyiq yaratmaq kimi sanki qızıl bir fürsət oldu" açıqlamasını verib. Türkiyənin, Səudiyyə Ərəbistan üzərindəki təsirini artıraraq, bölgədəki liderliyi ələ keçirə biləcəyini vurğulayan Khatib, “Qaşıqçı məsələsi geosiyasi baxımdan əhəmiyyətli bir qumardı. Amma Türkiyə bu qumarı çox peşəkarcasına oynadı" deyib. Prezident Ərdoğanın, bu hadisəni Səudiyyə Ərəbistanı, BƏƏ və Misir üçlüyünün bölgədəki təsirini azaltmaq üçün yaxşı bir fürsət olaraq gördüyünü vurğulayan Vaşinqton İnstitutu Araştıma Mərkəzinin rəhbəri Sonar Cagaptay isə "Bu üç ölkə Müsəlman Qardaşlarını dəstəkləyən Ərdoğanın siyasətinə həmişə qarşı çıxdılar. Qaşıqçı qətlindən sonra baş verənlərdən ötrü Məhəmməd Bin Salman müdafiəsiz qaldı" deyə söyləyib. Türkiyənin Qaşıqçı qətlindən dolayı Səudiyyə Ərəbistanının ipini çox rahat kəsə biləcəyini söyləyən analitiklər, Türkiyənin Məhəmməd bin Salmanı açıq söyləməsə də, təzyiq altında saxlamağa davam edəcəyini qeyd ediblər.
Müxalifət.az