“Qaşıqçı cinayəti Səudiyyə Vəliəhdi haqda bizi oyandırdı” – “VAŞİNQTON POST”

Baxış sayı:
6661

“Vaşinqton Post”-da dərc olunan məqalədə, "Qaşıqçı-nın bir kabus kimi öldürülməsi, vəliəhd şahzadənin ölkəni necə idarə etdiyi barədə bizi oyandırdı" deyə qeyd olunub.
 
“Vaşinqton Post” qəzeti Səudiyyə Ərəbistanında qadın aktivistlərin həbs edilərək işgəncəyə məruz qaldığını və Qərb mediasının bu məsələyə maraq göstərmədiyini yazıb.
"Səudiyyə Ərəbistanının qadın islahatçılara qarşı amansız davranışı bizi çox əvvəldən oyatmalı idi" başlıqlı məqalədə, ölkədəki qadın aktivistlərə qarşı tətbiq olunan işgəncələrə diqqət çəkilib.
İnsan haqları təşkilatlarının xəbərdarlıqlarına baxmayaraq bir çox Qərb liderləri Səudiyyə Ərəbistanındakı ədalətsizliklərə rəğmən gənc islahatçı vəliəhd şahzadə Məhəmməd ibn Salmanın "Səudiyyə islahatçısı" göz qamaşdırıcı görüntüsünə kökləndilər. Bir tərəfdə qadınların avtomobildən istifadə etmə qadağası qaldırıldısa da, digər tərəfdə qadin haqları məsələsində illərini verən aktivistlərin dəmir barmaqlıqlar arasına salındı və işgəncələrə məruz qaldı və heç bir Qərbli lider bu gerçəyi görmədi, ya da özünü görməməzliyə vurdu.
 
Qəddar təzyiq modelinin yalnız bir uzantısı
 
Məqalədə, Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayəti məsələsində ortaya çıxan dəlillərin vəliəhd şahzadə haqqında gələcəkdə qanuni bir lider olub olmayacağı barədə şübhələrə səbəb olduğu qeyd edilib:" Nəhayət, Qaşıqçı-nın bir kabus kimi öldürülməsi vəliəhd şahzadənin ölkəni necə idarə etdiyi barədə bizi oyatdı. Halbuki bu cinayət vəliəhd şahzadə tərəfindən yaradılmış amansız təzyiq modelinin yalnız bir uzantısıdır".
Beynəlxalq ictimaiyyətin Məhəmməd bin Salmanı Qaşıqçı-nın qətlindən xeyli əvvəl tənqid etməsinin lazım olduğu bildirilən məqalədə bu şərhə yer verilib:
"Vəliəhd şahzadə idarəçiliyinin mahiyyətindən şübhə etmək üçün bir zaman oldusa əgər, o çox geridə qaldı. Dəhşətli işgəncə hesabatları bizə yanlış yerlərə etdiyimiz dəstəklərə görə, hələ də böyük bir bədəl ödəndiyini xatırladır. Və çoxumuz bir Səudiyyə həbsxanasının içini görməsək də hələ də peşman olmamış bir Məhəmməd bin Salman təhlükəsi qlobal təhlükə vəd edir. Vəliəhd şahzadə amansızlığına görə ciddi bir bədəl ödəmədikcə biz Səudiyyə Ərəbistanında, Yəməndə və müxtəlif yerlərdə daha çox qan tökülməsini müşahidə edəcəyik".
Müxalifət.az