Qaşıqçı cinayəti Səudiyyə-İsrail əlaqələrini zəiflətdi

Baxış sayı:
4705

“Wall Street Journal” (WSJ) qəzetində yer alan “Jurnalistin qətlindən sonra gizli Səudiyyə- İsrail yaxınlaşması zəiflədi" başlıqlı xəbərdə, vəliəhd şahzadə Məhəmməd bin Salmanın Camal Qaşıqçı cinayətindən sonra vəzifədən çıxarılan iki yaxın məsləhətçisi tərəfindən arxa planda gizli aparılan İsrail ilə yaxınlaşmanın yavaşladığı qeyd olunub.
 
Diplomatik mənbələrə əsaslandırılan xəbərdə, bu ifadələr yer alıb:
“Qaşıqçının qətlinə göstərilən beynəlxalq təpkilər və Kralliyyət içindəki vəzifədən çıxarmalar vəliəhd şahzadənin mümkün rəqibləri arasında manevr sahəsini azaldıb və uzun illər düşmən olaraq görülən İsrail ilə təmas qurmaq kimi risqli xarici siyasət təşəbbüslərində də iştahanı azaldıb".
Xəbərdə Səudiyyə Ərəbistanından yüksək səviyyəli rəhbərliyinə istinad edilərək, "Qaşıqçı cinayətindən sonra işlər qəti olaraq yavaşıdı. Krallığın bu an istədiyi son şey (İsrail yaxınlaşmasının) bunun ortaya çıxması və başqa bir əks reaksiyaya səbəb olmasıdır" sözlərinə yer verilib.
Müxalifət.az