Qaşıqçı buna görə aradan götürdülər!

Baxış sayı:
6403

Camal Qaşıqçı, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd Bin Salmana qarşı twitter üzərindən əməliyyat planlaşdırıbmış. O plan İsrail tərəfindən ifşa edilib, Məhəmməd bin Salmana bildirilmişdir. Sonra isə Qaşıqçı-ya təhdid prosesi başlayıb.
 
Taha Dağlı / Haber7
 
Qaşıqçı düyününün İstanbul ayağında ortaya çıxan faktlar vəliəhd şahzadə Məhəmməd bin Salmanı işarə edirdi.
Böhranın ABŞ ayağında da izlər onu göstərir.
İlk növbədə ABŞ kəşfiyyat hesabatından başlayaq. Hesabatın Qaşıqçı-nın aradan qaldırılmasında Məhəmməd Bin Salmanı məsul tutduğu irəli sürülmüşdü. O iddia artıq dəqiqləşib. Hesabata görə, Qaşıqçı-nın başına nə gəlibsə, baş verənlərdə Məhəmməd bin Salmanın barmağı var.
O hesabat ABŞ prezidenti Trampa da təqdim olunub.
ABŞ kəşfiyyat hesabatında Qaşıqçı-nın pasport qeydləri, yoldaşları ilə apardığı yazışmalar və sosial media hesablarına baxılmışdır. Əldə edilən göstəricilərin hadisədə Məhəmməd bin Salmanın rolu olduğunu sübut etməyə yetərli olub.
Qaşıqçı hadisəsində bir də İsrail-BƏƏ detalı var.
Camal Qaşıqçı-nın Kanadada yaşayan Səudiyyə vətəndaşı olan yoldaşı Ömər Əbdüləzizin ifadələri də maraqlıdır.
Əbdüləziz, Qaşıqçı ilə özünün bir müddətdir ki, Məhəmməd bin Salmanın adamları tərəfindən təhdid edildiyini deyir.
Təhdidlərə dair səs qeydləri də “Vaşinqton Post” ilə bölüşmüşdür.
 
Bəs Qaşıqçı niyə və kim tərəfindən təhdid edilib?
 
Təhdidi edən Məhəmməd bin Salman media üzrə məsləhətçisi Səud əl Kahtani-dir.
Təhdidin əsası da Qaşıqçı-nın şahzadəyə qarşı bir twitter ordusu yaratmaq planıdır.
 
QAŞIQÇI VƏLİƏHD ŞAHZADƏ ƏLEYHİNƏ PLAN HAZIRLAMIŞ
 
Qaşıqçı Kanadadakı dostu Ömər Əbdüləziz ilə şahzadəyə qarşı twitter üzərindən müxalif bir iş başlamağı planlaşdırır. Qaşıqçı ilə dostu Ömər Əbdüləziz arasında bu məsələdə sosial media hesabları üzərindən yazışmalar aparılır.
Məhz o yazışmalar Məhəmməd bin Salmanın əlinə keçir.
Bəs Qaşıqçı-nın twitter planını ifşa edən kimdir?
Qaşıqçı ilə dostunun planla bağlı yazışmalarını müəyyən edən şahzadənin media müşaviri Kahtanı-dir.
Amma bu iş üçün Kahtaniyə yardımçı olanları da var.
 
QAŞIQÇI-nın PLANINI İSRAİL İFŞA EDİB
 
Məhz bu mərhələdə qarşımıza İsrail çıxır.
Jurnalist Yusif Özhan bir müddətdir ki, təqib etdiyi prosesə görə, Səudiyyə Ərəbistan, İsrailli “İntuView” adlı yazılım şirkəti ilə anlaşıb. İsrailli şirkət sosial mediada Məhəmməd bin Salman əleyhinə qeyd edilən nə varsa, dərhal şahzadənin media müşaviri Kahtaniyə bildirir.
İsrailli yazılım şirkətləri bu məsələdə yalnız Məhəmməd bin Salman deyil, onun ən böyük dəstəkçisi olan BƏƏ-yə də yardımçı olur. Təbii ki, milyonlarla dollar qarşılığında.
Yusif Özhan daha əvvəl də bir başqa İsrailli kiber təhlükəsizlik şirkəti NSO-nun BƏƏ-yə oxşar proqramları verdiyini və BƏƏ-nin təminatlarla Qətərə qarşı internet üzərindən kiber hücum həyata keçirdiyini üzə çıxarmışdı.
Məsələ indi bir az daha aydın hala gəlir.
Camal Qaşıqçı Məhəmməd bin Salmana qarşı twitter üzərindən müxalif bir kampaniya hazırlığı edərkən planları İsrail tərəfindən ifşa edilir. Və vəliəhd şahzadənin, Camal Qaşıqçı-nın özü haqqında söylədiyi hər şeydən xəbərdar olur.
Burada maraqlı olan tək şey isə Qaşıqçı-nın şahzadəni bu qədər hiddətləndirəcək ölçüdə nələr bilib, planlaşdırdığı və nələr danışdığıdır.
Hazırladı: Müxalifət.az