​Qarətçilər sabiq dövlət katibini döydülər

Parisdə naməlum şəxslər Fransanın sabiq dövlət katibi və Eson departamentini təmsil edən senator Jan Vinsen Plaseyə hücum ediblər. “RİA Novosti”nin verdiyi xəbərə görə, hücumun qarət məqsədi ilə törədildiyi ehtimal edilir. 
Jan Vinsen Plase keçmiş prezident Fransua Ollandın administrasiyasında dövlət islahatlaşdırılması məsələləri üzrə dövlət katibi vəzifəsində çalışıb.  
İnsident sentyabrın 3-nə keçən gecə baş verib. Cinayətkarlar sabiq məmurdan 7 min avro dəyərində saatını əlindən almağa çalışarkən onun baş nahiyəsinə xəsarət yetiriblər.  
Hələlik insidentlə əlaqədar saxlanılan yoxdur.